Portal Kimya - Wikipedia
redaktə
Seçilən Məqalə
Odd Hassel (norv. Odd Hassel; 17 may 1897 - 11 may 1981) — norveçli fiziki kimyaçı və 1969-cu il Kimya üzrə Nobel mükafatı laureatı. Odd Kristianiada ginekoloq Ernst "Skippi" Hassel və Matilda Torrealba Rodriqez İmlax Fernando Qonzales Klavenesin ailəsində anadan olmuşdur. 1915-ci ildə o, Oslo Universitetinə qəbul olunmuş, 1920-ci ildə buranı bitirmişdir. Universitetdə o riyaziyyatı və fizikanı öyrənmişdir. Bu dövrdə o, bir illiyinə təhsilindən ayrılaraq, professor Kazimir Fayansın laboratoriyasında işləmək üçün Almaniyaya, Münhenə getmişdir. Onun buradakı işi hopdurma (elektromaqnetik radiasiyanın) indikatorlarının kəşf olunmasına gətirib çıxardı. Sonradan o, Berlinə köçərək Kayzer Vilhelm İnstitutunda rentqen şüalarının kristalloqrafiyası üzrə tədqiqatlar aparmağa başlamışdır. Öz araşdırmasını Frits Haberin köməyi ilə əldə etdiyi Rokfeller təqaüdü ilə davam etdirmişdir. 1924-cü ildə o Berlin Universitetində fəlsəfə doktoru dərəcəsini aldı. 1934-cü ildən professor vəzifəsində olmaqla, 1925-1964-cü illərdə Oslo Universitetində fəaliyyət göstərmişdir... Məqaləni oxu...
redaktə
Şəxsiyyətlər
redaktə
Seçilən şəkil
redaktə
Əlaqəli portallar
|