Portal Antarktika - Wikipedia
Antarktida — Yerin ən cənub materiki və qitəsi olub tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb. Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Antarktidanın daimi məskunları yoxdur və qədim insan məskənlərinin izlərinə də rast gəlinmir. Yalnız pinqvin və suiti kimi soyuğadavamlı canlılar Antarktidanın daimi sakinləridir. Materikin kəşfindən xeyli əvvəl Terra Australis (Cənub torpağı) və Terra Incognito (Naməlum torpaq) haqqında əfsanə və spekulyasiyalar olsa da, Antarktidanı ilk dəfə 1820-ci ildə Rusiya tərəfindən təşkil olunmuş Mixail Lazarev və Faddey Bellinshauzenin ekspedisiyası kəşf edib. Lakin, çətin iqlim şəraiti və qitənin qalan dünyadan təcrid olunması sonrakı dövrlərdə onun tədqiq edilməsinə böyük maneələr törədib. Bu gün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 50 iştirakçı tərəfə malik olan Antarktika haqqında konvensiya müəyyən edir. Müqaviləyə əsasən materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Hal-hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı tədqiqatlara cəlb olunub. Antraktidada buz örtüyünün 4 kilometr dərinliyində Şərq gölü yerləşir. Meri Berd Torpağı (ing. "Marie Byrd Land") — Antarktidanın qərbindəki torpağlarıdır. Coğrafi olaraq, qərbində Ross Buz sahəsi və Ross dənizi, şərqində Elsuort Torpağı və Ronni Buz sahəsi, şimalında isə Amundsen dənizi və Sakit Okean yerləşir. Rokfellerlər yaylası və Eyts sahili arasındakı ərazini də əhatə edən bölgə, 1928-1941-ci illər arasında Admiral Riçard Berd liderliyində təşkil edilən səfərlərdə kəşf edilmişdir. Admiral Berdin 1929-cu ildə bölgənin şimal-qərbində qalan hissəyə yoldaşının adını verərək bu bölgəni "Meri Berd Torpağı" adlandırmışdır. Uzaqlığda yerləşməsi səbəbiylə hər hansı bir ölkə tərəfindən sahiblənməmiş, şərqindəki Eyts sahili daxil olmağla 1.610.000 km2 sahəsi olan bu ərazi dünyanın ən böyük sahibsiz bölgəsi sayılır. Ernest Şelkton (ing. Ernest Shackleton; d. 15 fevral 1874, Kilkea, İrlandiya – ö. 5 yanvar 1922, Cənubi Georgiya) — İyirminci yüzilliyin əvvəlləridə həyata keçirdiyi Antarktidanın kəşfi ilə tanınan irlandiyalı, ingilis səyyah. Səkkizi qız və ikisi oğlan olmağla on uşaqlı bir ailənin ikinci övladı olaraq dünyaya gələn Şelkton 17 yaşında ticarət gəmisində işə başladı. Üç dirəkli yelkənli gəmi ilə bir çox səfərə çıxdı. 24 yaşında leytenant rütbəsi aldı. Transantarktika dağlarında yerləşə mavi buzla örtülü Friksel gölü
|