Porfirio Dias - Wikipedia
Porfirio Dias (isp. Porfirio Díaz; 15 sentyabr 1830[1][2][…], Oaxaka[3] – 2 iyul 1915[1][2][…], Paris[3]) Meksika Respublikasının 29-ci prezidenti, 1911-ci ildə Meksika inqilabı nəticəsində hakimiyyətdən devrilmişdir.
Porfirio Dias | |
---|---|
isp. Porfirio Díaz | |
Vəzifədədir | |
17 fevral 1877 1 dekabr 1880 və 1 dekabr 1884 25 may 1911-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum adı | José de la Cruz Porfirio Díaz Mori |
Doğum tarixi | |
Doğum yeri | Oaxaka Meksika |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Paris Fransa |
Dəfn yeri |
|
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Dini | Roma-Katolik kilsəsi |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəPorfirio Dias 4 illik fasilə ilə 30 müddətində Meksikanı diktator qaydaları ilə idarə etmişdir. Əslən Mələz olan Dias orta təbəqəli ailənin nümayəndəsi olmuşdur. 15 yaşında dini təhsil almaq üçün rahiblik məktəbinə getməyə başlamışdır. 1846-cı ildə Meksika-ABŞ müharibəsinin başlaması səbəbindən, təhsilini yarımçıq buraxır və orduya yazılır. 1849-cu ildə gələcək prezident Benito Juarezin məsləhəti ilə hüquq bölümündə təhsil almağa başlayır. Porfirio orduda əldə etdiyi uğurlarla tanınırdı, ABŞ ordusuna qarşı aparılan döyüşlərdə şücaəti onun şöhrətinin artmasına səbəb olmuşdur.
Dias 1857-ci ildə ölkədə, baş verən vətəndaş qarşıdurmasındada iştirak etmişdir. Liberallarla mühafizəkarlar arasında aparılan 1857 - 1860-cı illəri əhatə edən Reform müharibəsində və Avstriya şahzadəsi Maximillanın, Meksikaya kral təyin edilməsinə qarşı, fransızlara qarşı başlayan müqavimət hərəkatında fəal iştirak etmişdir.
Meksika tarixi |
Kolombdan əvvəl
İstiqlaliyyət
|
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Porfirio Diaz // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Диас Порфирио // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.