Porfiri Balina - Wikipedia
Porfiri (yun. Πορφύριος) — VI əsrdə Konstantinopol yaxınlığındakı sularda gəmilərə hücum edən və onları batıran böyük balina. Əlli ildən çox fəaliyyət göstərən Porfiri Bizans dənizçilərinin böyük narahatlığına səbəb olmuşdu. İmperator I Yustinian (hak. 527–565) onu ələ keçirməyi vacib məsələyə çevirmişdi, lakin bunun üçün bir yol tapa bilməmişdi. Porfiri sonda Qara dənizin ağzına yaxın sahilə çıxan zaman yerli əhali tərəfindən hücuma məruz qalmış, ardınca onlar tərəfindən parçalanmışdır.
Adı
redaktəBalinaya Porfiri adını Bizans dənizçiləri tərəfindən verilmişdir.[1] Adın mənşəyi qeyri-müəyyəndir.[2] Bu ad haqqında ümumi fərziyyələr arasında onun dövrün arabaçısı Porfiridən[2][3] və ya Yunanıstan mifologiyasının tanrılarına qarşı müharibə aparan mifoloji nəhəng Porfiriondan[2] götürülməsi var.
1996-cı ildə Ceyms Allan Stüart Evans bu adın balinanın dəri rəngi ilə əlaqəli olduğunu irəli sürmüşdü.[4] "Porfira" yunan dilində "tünd bənövşəyi" deməkdir və Porfirinin tünd şərab rəngli dərisi ola biləcəyi haqqında iddialar var.[5] Bu, 2002-ci ildə Con Papadopulos və Debora Rasçillo tərəfindən də dəstəklənmişdi. Onlar adın sadəcə "bənövşəyi" mənasını verdiyini düşünürdülər.[6]
İstinadlar
redaktə- ↑ Crow, Matthew. Littoral Leviathan: Histories of Oceans, Laws, and Empires // Cavanagh, Edward (redaktor). Empire and Legal Thought: Ideas and Institutions from Antiquity to Modernity. Leiden: BRILL. 2020. 362. ISBN 978-90-04-43098-3. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.
- ↑ 1 2 3 Hansley, Keith. "The Tale Of A Monstrous Whale That Harassed Ships In the Age Of Justinian". The Historian's Hut (ingilis). 28 June 2020. 30 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2022.
- ↑ Nicholson, Oliver, ed. (2018). "Porphyry the whale Arxivləşdirilib 2022-05-27 at the Wayback Machine". The Oxford Dictionary of Late Antiquity. Oxford: Oxford University Press. ISBN 978-0-19-866277-8
- ↑ Evans, J. A. S. The Age of Justinian: The Circumstances of Imperial Power (ingilis). London: Routledge. 2002. 293. ISBN 978-1-134-55976-3.
- ↑ Kaldellis, Anthony. A Cabinet of Byzantine Curiosities. Oxford: Oxford University Press. 2017. 32. ISBN 9780190625948.
- ↑ Papadopoulos, John K.; Ruscillo, Deborah. "A Ketos in Early Athens: An Archaeology of Whales and Sea Monsters in the Greek World". American Journal of Archaeology. 106 (2). 2002: 187–227. doi:10.2307/4126243. ISSN 0002-9114. JSTOR 4126243. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.