Polychaeta - Wikipedia
Polychaeta - Haqqında Məlumat
Çoxqıllı qurdlar (lat. Polychaeta) — heyvanlar aləminin həlqəvi qurdlar tipinə aid heyvan sinfi.
Çoxqıllı qurdlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: Tip: Sinif: Çoxqıllı qurdlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
8000-ə yaxın növü var. Ən çox tanınmış nümayəndələri Arenicola marina və neraiddir (Nereis virens).
Xəzər dənizində yaşayan 7 növü məlumdur. Çoxqıllı qurdlardan olan Nereis diversicolor növü Xəzər dənizinə Azov dənizindən 1939-1941-ci illərdə gətirilmiş və iqlimə uyğunlaşdırılmışdır. Hypania invalida və Hipaniola kowalewskii Xəzər dənizində lildə yaşayırlar. Mercierella enigmatica Xəzər dənizində Azov dənizindən 1960-cı illərdə yapışaraq gəlmişdilər. Azqıllı qurdlar (Oligochaeta) Həlqəvi qurdlar tipinin ayrıca sinfidir. Hazırda 5000 növü məlumdur və Xəzər dənizində 32 növü qeyd edilmişdir. Bunlar balıqların qidasında mühüm rol oynayırlar.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1997.