Polisler Ve Robbersonlar Film 1994 - Wikipedia
Polislər və Robbersonlar (ing. Cops & Robbersons) — 1994-cü ildə istehsal olunmuş komediya filmidir.[1][2] Film naməlum büdcə ilə $11,391,093 milyon gəlir əldə etmişdir.[3][4][5] Filmin adı bir çox ölkələrdə müxtəlif adlarla adlandırılmışdır. Film Rusiyada "Faraonlar və Robbersonlar" kimi tanınır.
Polislər və Robbersonlar | |
---|---|
ing. Cops & Robbersons | |
Janr | Komediya filmi |
Rejissor | Maykl Ritçi |
Prodüserlər |
Ronald L. Şveri Nensi Qrehem Tanen Ned Tanen |
Ssenari müəllifi | Lindzey Maher |
Baş rollarda |
Çevi Çeyz Cek Pelen Dayan Uist Robert Devi Devid Berri Qrey |
Bəstəkar | Uilyam Ross |
İstehsalçılar |
Channel Productions TriStar Pictures |
Distribütor | TriStar Pictures |
İlk baxış tarixi | 15 aprel 1994 |
Filmin növü | Macəra filmi |
Müddət | 93 dəqiqə |
Gəlir | $11,391,093 milyon |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1994 |
Rəng | Rəngli |
IMDb | ID0109480 |
Məzmun
redaktəPolislər soyuqqanlı qatil Osbornun Robbersonlar ailəsinə məxsus binanın ətrafında yaşadığı öyrənən zaman bu ailənin başçısı Norman Robberson ilə qatili tutmağa çalışırlar. İşin əvvəlində Normanın ailəsinin bundan xəbəri olmur. Amma polis olan Ceyk Stounun köməkçisi Toni Murun yanlışlığı ucbatından bütün ailə bundan xəbər tutur. Bu zaman ailə polislərə kömək etməyə razı olur. Robbersonlar ailəsi qəribə olmaları ilə seçilirlər. Norman Robberson çox sadə insandır. Bu səbəbdən Osbornla asanlıqla tanış olur. Osborn başqa bir iş adamı ilə görüşməlidir. Polislər hər gün Osbornun evinə baxırlar. Norman isə artıq polis olmaq fikrindədir. Günlərin birində gecə vaxtı Osborn iş adamı ilə görüşür və onu öldürmək niyyətindədir. Amma bu zaman çoxlu hadisələr baş verir və bütün ailə Osbornun evinə getməyə məcbur olurlar. Polislər və ailə Osbornun dustağına çevrilirlər. Osborn onları öldürmək istəyir. Zəng zamanı Ceyk Normana onların dustaq olmaları barədə nişan verir. Norman Ceykin söylədiyi fikri başa düşür və ailəni xilas etmək istəyir. Norman qatilin üzərinə pəncərədən atlanmaq istəyir. Bu zaman Norman iki dəfə əzilir. Üçüncü dəfədə isə pəncərəni sındırsa da, düzgün yerə düşmür. Amma ailə qatili zərərləşdirməyi bacarır və Osborn polislərə təhvil verilir. Beləliklə, Polislər və Robbersonlar ailəsi xilas olur. Sonda Ceyk Stoun Normana özünə məxsus polis nişanını verir.
İstinadlar
redaktə- ↑ "Reviews/ Film; Chevy Chase, Wishing for Danger". The New York Times. İstifadə tarixi: 2012-06-04.
- ↑ "Cops And Robbersons". Deseret News. 2012-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
- ↑ "Weekend Box Office : Hey, Chevy, the British Are Coming". Los Angeles Times. 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-03.
- ↑ "Cops And Robbersons". Washington Post. 2020-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
- ↑ "Cops And Robbersons". Chicago Sun Times. 2012-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
Xarici keçidlər
redaktə- Polislər və Robbersonlar — Internet Movie Database saytında