Polsada Din - Wikipedia
Polşada din — Polşa Respublikasında din.
Qanunvericilik
redaktəPolşa Avropanın ən dindar ölkələrindən biridir. Bu ölkə xüsusilə Avropada xristianlığın ən güclü olduğu ölkədir[1]. Ölkə Konstitusiyasında dinlə əlaqədar hər hissədə katolikliyə yer ayrılmışdır. Bu mənada, Katolisizm dövlətin rəsmi dini olaraq qəbul edilməkdədir. Kilsə, dövlət, siyasət və cəmiyyət həyatında lazım olduğunda istifadə etdiyi ciddi bir nüfuza malikdir. Bəzi katolik keşiş və qruplar siyasətlə açıq-aşkar fəaliyyət göstərməkdə və bugünkü koalisiya iqtidarının ən böyük və ən kiçik partiyalarını dəstəkləməkdədir. Dövlət ilə Kilsənin rəsmi əlaqəsi 1989-cu ildə qəbul olunan qanuna əsasən təşkil edilməkdədir. Bu qanunlar, inanc azadlığını zəmanət altına almaqda, Roma Katolik Kilsəsinin radio və televiziya proqramları təşkil etməsinə; ayrıca məktəb, xəstəxana və tarixi dəyəri olan binaları işlətməsinə icazə verməkdədir.
Polşa parlamenti olan Seymin Başçı kürsüsünün arxasında Xaç vardır.
28 iyul 1993-cü ildə hökumət Baş yepiskopluq ilə aralarındakı qarşılıqlı əlaqələri təşkil edən bir Konkordato imzalamışdır ki, müvafiq mövzu ilə bağlı razılaşma üzərində 5 il davam edən görüşlərdən sonra Parlament tərəfindən qanuniləşdirilmişdir. Varşava Baş yepiskopu, eyni zamanda Polşa Baş yepiskopudur ki, 1981-ci ildən bu yana bu vəzifəsi Kardinal Yozef Glemp icra etməkdədir. Dini paytaxt Gnieznodur və bu şəhərin yepiskopu birbaşa baş yepiskop ünvanı almışdır.
Statistika
redaktəStatistikaya görə dindar əhali arasında katoliklərin sayı 90%, nizamlı olaraq kilsəyə getdiyini bəyan edənlərin sayı isə 80%-ə qədərdir. Dini inancı olanları 4 qrupa ayırmaq olar[2]:
- Birinci qrupa aid 15% polşalı çox dindar olub, hər gün dini ayinlərini yerinə yetirib, böyük bir inancla dua edənlərdir.
- İkinci qrupa aid əhali 35-55% təşkil edir ki, bu insanlar Allaha inanır və dua edir; amma heç də hər zaman kilsənin səsinə qulaq asmırlar.
- Üçüncü qrupa aid olan əhalinin 20-25%-i Allaha inanıb, kilsəyə çox nadir hallarda gedənlərdir. Ayrıca olaraq qeyd edək ki, onlar kilsəni tənqid edirlər.
- Dördüncü qrupa aid olan əhalinin 20-30%-idir ki, insanlar Allaha inanıb, dua etməyən və kilsəyə getməyənlərdir.
Polşada 5 000 nəfərə qədər müsəlman tatarlar yaşamaqdadır. 1989-cu ildən etibarən yeni müsəlman miqrantlar ölkəyə yerləşmişdir.
Cəza
redaktəMüasir Polşada Kilsə ilə açıq-aydın tərs düşən bir partiyanın siyasi həyatda yer sahibi olması az qala qeyri-mümkündür. Bu ölkədə heç bir vətəndaşın, rəsmi və ya xüsusi təşkilatın Katolikliyi açıqca rədd etməsi ya da tənqid etməsi qəbuledilməzdir. Məsələn, Papa II İohann Pavelə qarşı sərt yazı yazan bir jurnalist məhkəmə tərəfindən sərt cəzaya məhkum edilmişdir.
Dini təhsil
redaktəÖlkədə sırf dini təyinatlı iki ali təhsil müəssisəsi – Lublin Katolik Universiteti və Varşava İlahiyyat Akademiyası fəaliyyət göstərir. Bunlardan başqa bir çox universitet və təhsil təşkilatında ilahiyyat fakültələri vardır.
İstinadlar
redaktə- ↑ Dev heykel: Polonya'da İsa aşkı Arxivləşdirilib 2016-10-06 at the Wayback Machine. bbc.com, 15.04.2011 (türk.)
- ↑ Polonya hakkında Arxivləşdirilib 2020-04-23 at the Wayback Machine. polonyadan.com (türk.)
Xarici keçidlər
redaktə- Religious denominations in Poland, official statistics from 2008 (published in 2010) (pol.)/ (ing.)
- List of churches and religious unions registered according to special legislation
- List of churches and religious unions from the Register of the Ministry of Internal Affairs and Administration
- Institue for Catholic Church Statistics