Polsa Xarici Isler Nazirliyi - Wikipedia
Polşa Xarici İşlər Nazirliyi (pol. Ministerstwo Spraw Zagranicznych) — Polşa beynəlxalq əlaqələrinin saxlanılmasında cavabdeh, Avropa birliyi və Birləşmiş Millətlər Təşkilatı kimi regional milli olmayan siyasi təşkilatların iştirakını əlaqələndirməkdən məsuldur.
Xarici İşlər Nazirliyi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | Polşa |
Yaradılma tarixi | 1916 |
Baş qərargah | |
Rəsmi saytı | gov.pl/dyplomacja |
Vikianbarda əlaqəli mediafayllar |
Xarici İşlər Nazirliyi, Polşa Respublikasının digər dövlətlərlə arasında yaxşı, dostluq əlaqələrini saxlamaq üçün məsuliyyət daşıyır. Eyni zamanda, Polşa xalqının nümayəndəsi kimi çıxış etməlidir. Buna görə də bütün Polşa diplomatik nümayəndəlikləri Xarici İşlər Nazirliyinə tabedir.
Tarixi
redaktəXarici İşlər Nazirliyi ilk olaraq Birinci Dünya müharibəsində Polşanın işğalçı Alman qüvvələrindən müstəqilliyini bərpa etdiyi zaman Regent Şurasının səlahiyyətlərinə nəzərən Leon Vesilevskinin rəhbərliyi ilə yaradılmışdır. Lakin nazirlik yalnız Regent Şurasının çökməsindən, Versal müqaviləsinin qəbul olunmasından və Jozef Pilsudskinin hakimiyyətə gəlməsindən sonra ona verilmiş məsuliyyətləri yerinə yetirməyə başladı. 1939-cu ilə qədər nazirlik Varşavanın mərkəzi hissəsində, Pilsudska Meydanı içərisində olan Bruhl Sarayında yerləşdi. İkinci Dünya Müharibəsi dövründə nazirlik ləğv olunur, Polşa hökumətini Fransaya, qalan hissəsi isə Londona sürgün edilir. Sürgündə Polşa hökumətinin bir hissəsi formalaşmağa başladı.
Bu dövrdə sürgündə hökumət başçısı olan Edvard Raçinski məsul nazir hesab edilirdi. 1945-ci ildən sonra, bir çox ölkələr Varşavada yeni kommunist hökumətə diplomatik tanınmağa başladıqda, sürgündəki hökumətin hesabına, yeni Polşa Xalq Respublikası səlahiyyətliləri nazirliyi nəzərdən keçirərək ilk nazir kimi Edvard Osobka Moravski təyin edildi.
1989-cu ildən və Üçüncü Respublikanın yaradılmasından sonra nazirlik və onun heyəti Varşavanın mərkəz hissəsində Aleje Szuça küçəsində binalar kompleksində yerləşir.
Bölmələri
redaktə- Afrika və Yaxın Şərq bölməsi
- Amerika bölməsi
- Asiya və Sakit okean ərazi bölməsi
- Avropa siyasət bölməsi
- Avropa işləri üzrə Komitə bölməsi
- Şərqi bölmə[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Przejdź do: Ministerstwo Spraw Zagranicznych - Biura i departamenty". 2019-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-13.