Platforma Saheleri - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Platforma sahələri— Platformalar Yer qabığının qədim,nisbətən sabit və hamar sahələrdir.Onlar geosinklinallar sahəsində yaranan dalğaların sonrakı mərhələlərdə uçub dağılması və hamar sahələrə çevrildiyi zaman əmələ gəlir.Onun əsasını qırışıqlıq,metomorfizm və intruzivlərlə bərkmiş süxrlar təşkil edir.Platformalar iki təbəqədən ibarət olur.Birinci, üst təbəqədə 3–4 km qalınlıqda olan çöküntü süxurları yerləşir.Bu süxurların dəniz və materik mənşəli olması onların hərəkitini,yəni okean dibinin qalxaraq quru sahələrinə çevrilməsi və ya əksinə prosesin geetdiyini sübut edir. Çökmə süxurların altında yerləşən bərk, kristallik süxurlardan ibarət olan sahələr isə platformanın özülü və ya bünövrəsi adlanır. Platformanın özülü qədim geosinklinalın qalığı olduğundan qırışıq olur. Xarici qüvvələrin təsiri ilə qırışıqlığın səthə çıxan kristallik bünövrə qalxan və ya sipər adlanır. Qalxanların üzərində çökmə mənşəli süxurlar çox nazik olur.
Platformanın qalxanlarına misal olaraq Şərqi Avropa platformasında Baltik və Ukrayna qalxanlarını, Şimali Amerika platformasında Kanada qalxanını, Sibir platformasında Aldan və Anabar qalxanını və s. göstərmək olar. Cənubi Amerika platformasında Braziliya və Qviana qalxanları yerləşir.
Platformaın səthində çöküntü süxurları ilə örtülmüş əyilmə sahələri tava adlanır. Platformalarda Yer qabığının bir neçə yüz kilometr uzunluğuunda olan az meyilli,oval formalı enmə sahələrinə sinekliz(yun.syn-birlikdə, enkli-sis toplama) deyilir. Onların üzərində ölçüləri bir neçə yüz kilometr çatan, tağ formasında az meylli əyilmə sahələri antekliz(yun.anti-əks, klisis-əyilmə) adlanır. Onlar yüz milyon illər ərzində fasiləsiz olaraq davam edən zəif tektonik qalxmalar nəticəsində yaranır. Anteklizlərinüzərində çox nazik çöküntü mənşəli süxurlar olur.Bəzən isə onların səthi xarici proseslər nəticəsində yuyulur və açıq olur. Sinekliz sahələrdə isə çökmə süxurlar toplanır və onların qalınlığı 4–5 km-ə çatır.
Platformaları əmələ gəlməsi dövrünə, yəni yaşına görə qədim və cavan platformalara ayırırlar. Qədim platformaların yaşı 3–4 milyard il götürülür. Onlar materiklərin bünövrəsini təşkil edir. Qədim platformalar Arxey və Proterozoy eralarında yaranmışdır. Yer üzərində əmələ gəlmiş Şimali Amerika, Cənubi Amerika,Şərqi Antarktida, Avstraliya və Afrika-Ərəbistan qədim platformalardır. Avrasiya materikində isə Şərqi Avropa, Sibir, Cənubi Çin, Çin- Koreya, Tarim və Hindistan kimi qədim platformalar vardır.
Cavan platformalarda Kembriyə qədərki qırışıqlıq sahələri ilə yanaşı Paleozoy və Mezozoy yaşlı süxurlar da vardır. Relyefin bu struktur elementləri ya qədim platformaların kənarlarında, ya da iki qədim platforma arasında yerləşir, üzərində Paleozoy və Mezozoy eraları və sonrakı dövrlərə aid olan süxurlar toplanır. Qərbi Sibr,Almaniya- Polşa,Ptaqoniya, Ön Qafqaz və Turan cavan platformalardır. Onların bünövrəsi əsasən Kaledon və Hertsin qırışıqlığı zonalarında yaranmışdır.
Mezozoy qırışıqlığına məruz qalmış ərazilər hazırda geosinklinal inkişaf prosesindən platforma mərhələsinə keçir.Onların üzərində qalın çöküntü süxurları hələ toplanmamışdır. Belə ərazilərə inkişafı hələ başa çatmamış platformalar da deyilir[1].
İstinadlar
redaktə- ↑ Eminov Z.N., Səmədov Q.M. Coğrafiya Ensiklopediyası. Bakı. 2012.