Piyer Misein - Wikipedia
Pyer Françoiz Andre Mişein(Fransızca tələffüz: [pjɛʁ fʁɑ̃swa ɑ̃dʁe meʃɛ̃];16 Avqust 1744 – 20 Sentyabr 1804)— səma obyektlərinin və kometlərin öyrənilməsinə böyük töhfələr vermiş Fransız astronomu və mərz çəkəni
Piyer Mişein | |
---|---|
Pierre Méchain | |
Doğum tarixi | |
Doğum yeri | Laon, Fransa |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | İspaniya |
Vəfat səbəbi | Sarı qızdırma |
Milliyyəti | Fransız |
Elm sahələri | riyaziyyat, geodeziya, astronomiya |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəPyer Mişein Laonda tavan dizayneri və suvaqçı Piyer François Mişein və Mariya-Marqarita Rozanın oğlu olaraq anadan olub. Riyaziyyat və Fizikaya yüksək istedadı olmasına baxmayaraq o imkansızlıq səbəbindən təhsilini davam edə bilmir. Buna baxmayaraq onun Astronomiya sahəsinə olan istedadı dostu və ikinci kitabının sınaq oxucusu olduğu Jerom Laland tərəfindən aşkar olunur. Laland daha sonra Onu Versaldakı Xəritələr və Diaqramlar Dəniz Deposunda hidroqraf köməkçisi vəzifəsində çalışmasını təmin edir, burada O, 1770-ci illərdə hidroqrafik iş və sahil xəttinin tədqiqi ilə məşğul olur. Məhz bu müddət ərzində (təxminən 1774-cü ildə) o, Çarlz Mesye ilə tanış olur və daha sonra onlar dost olurlar. Elə həmin il O, ilk astronomik işi olan Əldebaranın Ay tərəfindən örtülməsi məqaləsini hazırladı və Elimlər Akademiyasına təqdim etdi. 1777-ci ildə Versaldakı işindən tanıdığı Barbi-Terez Marjou ilə evləndi. Onların 1780-ci ildə doğulan Jerom ve 1784-ci ildə doğulam Avqustin adında iki oğulları ve bir kızları oldu. Piyer Mişein 1782-ci ildə Frana Elmlər Akademiyasına qəbul edilmiş və 1785-1792-ci illərdə "Connaissance des Temps" jurnalının redaktoru olmuşdur; Bu jurnal digər qabaqcıl işləri ilə yanaşı, həm də ilk dəfə Messier obyektlərinin siyahısını dərc edən jurnal idi.1789-cu ildə O, London Kral Cəmiyyətinin üzvü seçildi [1].
Kəşfləri
redaktəAçıq ulduz topaları Kürəvi ulduz topaları Dumanlıq Planetar dumanlıq İfratnəhəng qalığı Qalaktika Digər
Messier nömrəsi | NGC/IC Nömrəsi | Ümumi adı | Kəşf olunma tarixi | Spektral sinifi | Məsafə (i.i.) | Bürc | Görünən ulduz ölçüsü |
---|---|---|---|---|---|---|---|
M63 | NGC 5055 | Günəbaxan qalaktikası | 14 İyun 1779 | Qalaktika, spiral | 37,000 | Tazılar | 8.5 |
M72 | NGC 6981 | 30 Avqust 1780 | Ulduz topası, kürəvi | 53 | Dolça | 10.0 | |
M74 | NGC 628 | Sentyabr 1780 | Qalaktika, spiral | 35,000 | Balıqlar | 10.5 | |
M75 | NGC 6864 | 27 Avqust 1780 | Ulduz topası, kürəvi | 58 | Oxatan | 9.5 | |
M76 | NGC 650, NGC 651 | Kiçik Qantel Dumanlığı | 5 Sentyabr 1780 | Dumanlıq, planetar | 3.4 | Persey | 10.1 |
M77 | NGC 1068 | Balina A | 29 Oktyabr 1780 | Qalaktika, spiral | 60,000 | Balina | 10.5 |
M78 | NGC 2068 | Begin 1780 | Dumanlıq, diffuz | 1.6 | Orion | 8.0 | |
M79 | NGC 1904 | 26 Oktyabr 1780 | Ulduz topası, kürəvi | 40 | Dovşan | 8.5 | |
M85 | NGC 4382 | 4 Mart 1781 | Qalaktika, Linzaşəkilli | 60,000 | Veronikanın Saçları | 10.5 | |
M94 | NGC 4736 | 22 Mart 1781 | Qalaktika, spiral | 14,500 | Tazılar | 9.5 | |
M95 | NGC 3351 | 20 Mart 1781 | Galaxy, buğumlu spiral | 38,000 | Şir | 11.0 | |
M96 | NGC 3368 | 20 Mart 1781 | Qalaktika, spiral | 38,000 | Şir | 10.5 | |
M97 | NGC 3587 | Bayquş dumanlığı | 16 Fevral 1781 | Dumanlıq, planetar | 2.6 | Böyük Ayı | 9.9 |
M98 | NGC 4192 | 15 Mart 1781 | Qalaktika, spiral | 60,000 | Veronikanın Saçları | 11.0 | |
M99 | NGC 4254 | 15 Mart 1781 | Qalaktika, spiral | 60,000 | Veronikanın Saçları | 10.5 | |
M100 | NGC 4321 | 15 Mart 1781 | Qalaktika, spiral | 60,000 | Veronikanın Saçları | 10.5 | |
M101 | NGC 5457 | Fırfıra qalaktikası | 27 Mart 1781 | Qalaktika, spiral | 27,000 | Böyük Ayı | 7.9 |
M102 | (Not conclusively identified) | ||||||
M103 | NGC 581 | Marr–Aprel 1781 | Ulduz topası, açıq | 8 | Kassiopeya | 7.0 |
İstinadlar
redaktə- ↑ "Library and Archive". London Kral Cəmiyyəti. 14 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2012.