Piter Petiqru - Wikipedia
Piter Petiqrü, Harri Potter seriyasında xəyali personajdır. Harri Potterin atası Ceyms Potterin ən yaxın dostlarından biridir. Eyni zamanda siçana dönüşə bilən bir animaqusdur. Buna görədə onun ləqəbi Qılquyruqdur. Uşaqlıq dönəmində Ceyms Potter və Sirius Blekə heyran olan Petiqrü; Harrini Voldemortdan qorumaq üçün Albus Dambldorun etdiyi Fidelius sehrinin sir tutanı olaraq seçilmişdir.
Piter Petiqrü | |
---|---|
Harri Potter personajı | |
İlk görünmə | Harri Potter və Azkaban Məhbusu (roman) (1999) |
Son görünmə | Harri Potter və Ölüm Hədiyyələri (roman) (2007) |
Yaradan | Coan Roulinq |
Canlandıran | Timoti Spoll |
Hoqvarts | Qriffindor |
Məlumat | |
Ləqəb(lər)i | Qılquyruq |
Cinsi | Kişi |
Pitr gedib Potterların yerini Voldemorta demiş, Ceyms və Lilinin ölümünə səbəb olmuşdur. Sirius Blek olanları öyrəndiyində Petiqrünü bir küçədə sıxışdırır. Bunun üzərinə Petiqrü küçənin böyük bir qismini havaya uçurtmuşdur və siçana dönüşmədən öncə bir barmağını qopartıb kanalizasiyaya qaçmışdır. Bu hadisənin ardından illərcə Harri Potterin ən yaxın dostu Ron Uizlinin ev heyvanı Skabbers olaraq yaşamış və beləcə gizlənməyi başarmışdır. On üç il ərzində Uizlilərin ev heyvanı olaraq gizlənmiş olan Petiqrü bütün sehrbazlıq toplumu Sirius Blek tərəfindən öldürülmüş (12 maql ilə birlikdə) olaraq bilinirdi.
Sirius Blek Gələcək Poçtunda Uizlilərin misirdə çəkilmiş olan şəkillərində gördüyü Petiqrünü tanıması üzərinə sehrbaz həbsxanası olan Azkabandan qaçar və Petiqrünün izinə düşər və Hoqvartsda tutduğu Petiqrünün gerçək şəxsiyyəti ortaya çıxar. Harrinin onun şəxsiyyətini və xəyanətini öyrəndikdən sonra yenə də yaşamını bağışlamasının (Ana və atasının ən yaxşı dostları Remus Lupin və Sirius Blekin qatil olmalarını istəməyəcəklərini düşündüyü üçün bağışlamışdır.) ardından qaçmış və yenidən Lord Voldemortun ölüm yeyənlərinə qatılmışdır. Petiqrü, Harrinin Hoqvartsdakı dördüncü ilində öz əlini fəda edərək Lord Voldemortun yenidən geri dönməsinə yardım etmişdir. Daha sonra son kitabda Harriyə duyduğu balaca bir mərhəmət duyğusu nəticəsi Voldemortun etdiyi lənətli əl ilə özünü boğaraq ölmüşdür.