Piroluzit - Wikipedia
Pirolüzit — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Pirolüzit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
MnO₂ |
Strunz təsnifatı | IV/D.03a[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | tetraqonal[d][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
redaktəPolianit – mineralın aydınkristallik növ müxtəlifliyi.
Xassələri
redaktəRəng – çox vaxt göyümtül çalarlı poladı-bozdan qarayadək, polianitin–dəmiri-boz; Mineralın cizgisinin rəngi – qara, tutqun; Parıltı – yarımmetal parıltısından metal parıltısınadək, donuq; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,7-5,2; Sərtlik – mineralın aqreqat halından asılıdır: kristallarda – 6-6,5; aqreqatlarda 2-dək azalır; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Bölünmə – qeyri-hamar, tikanlı; Başqa xassələr – yarımkeçiricilik xassələrli ilə səciyyələnir; Morfologiya – kristallar: vertikal cizgili, sütunvari, iynəvari; İkiləşmə: nadirdir; Mineral aqreqatları: dənəvər, gizlikristallik, torpaq- və hisvari (duda), qarışıq lifli kütlələr; böyrək - və salxımvari əmələgəlmələr – «qara şüşə kəllə», radial-şüalı oolitlər, konkresiyalar, təbəqəvari dendritlər, qabıq və qaysaqlar, jelvaklar, həmçinin druzalar və fırçalar (polianit), manqanit, rodoxrozit, dolomit və b. üzrə psevdomorfozalar.
Mənşəyi və yayılması
redaktəPirolüzit əsasən ekzogen mənşəlidir. Onun ən böyük yataqları hövzələrin sahilyanı zonalarında yerləşən çökmə-dəniz əmələgəlmələri ilə təmsil olunmuşdur. Pirolüzit manqanla zənginləşmiş süxurların aşınma qabığının və manqan filizi yataqlarının oksidləşmə zonalarının xarakterik mineralıdır (manqan papağı). Sualtı püskürmələrlə onun eksqalyasion - çökmə əmələgəlmələri əlaqədardır. Bəzən hidrotermal yolla əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: maqnetit, psilomelan, braunit, qausmannit, ramsdellit, hötit, hidrohötit, lepidokrokit, kvars, kalsit. Mineralın tapıldığı yerlər: Balaqxat, Naqpur, Banda (Hindistan); Qrut-Aylend adası (Avstraliya); Qana; Çiatura (Gürcüstan); Nikopol (Ukrayna); Prşibram (Çexiya); Zigerland, İlmenau, Erenşok, Elqesburq (Almaniya); Layfayett (Braziliya) və b. Azərbaycanda manqan filizi obyektləri Molla-Cəlil və Elvor yataqları (Göy-Göl rayonu) və Şahbuz (Biçənək), Ordubad (Kvanus), Qazax (Daşsalahlı), Şəmkir, Kəlbəcər rayonlarında yerləşən bir sıra kiçik filiz təzahürləri ilə təmsil olunmuşdur.
Tətbiqi
redaktəMühüm manqan filizidir; quru eliktrik batareyalarının istehsalında, kimya, şüşə, dəri emalı sənayesində, təbabətdə və başqa sahələrdə geniş istifadə edilir.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.