Pirinsko Pivo - Wikipedia
Pirinsko_Pivo - Haqqında Məlumat
Pirinsko Pivo — dünyanın qabaqcıl pivə istehsalçılarından biri Carlsberg Group-a məxsus bolqar pivə markası. Ticarət markası və Blaqoyevqrad şəhərində yerləşən eyni adlı pivə zavodu Pirin dağ sisteminin adını daşıyır.
Pirinsko Pivo | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Pivə istehsalı |
Təsis tarixi | 1967 |
Baş qərargahın yeri | Blaqoyevqrad, Bolqarıstan |
Struktur | |
Ana şirkət | Carlsberg |
pirinskopivo.bg |
Tarixi
redaktəBlaqoyevqrad pivə zavodu 1967-ci ildə qurulmuş və 1971-ci ildə Pirinsko adlı öz pivəsini istehsal etməyə başlamışdır.
2002-ci ildə Danimarka pivə nəhəngi Carlsberg pivə zavodunu əldə etdi. Yeni sahibi Blaqoyevqrad pivə istehsalını modernləşdirdi və genişləndirdi, bu layihəyə 60 milyon leva investisiya etdi.
Pivə çeşidi
redaktəHazırda pivə zavodu pivəni bir növdə istehsal edir:
- Pirinsko Svetlo — alkoqol tərkibi 4.3% olan açıq pivə
Əvvəllər tünd pivə də istehsal olunurdu:
- Pirinsko Tmno — alkoqol tərkibi 4.7% olan tünd pivə
Xarici keçidlər
redaktə- "Pirinso" TM-nın rəsmi saytı (bol.)
- Carlsberg Bulgaria-nın rəsmi saytı (bol.)
- ratebeer.com saytında "Pirinsko" pivəsi (ing.)