Pireze - Wikipedia
Pirəzə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Pirəzə kənd inzibati ərazi dairəsində kənd.[2] Rayon mərkəzindən 30 km cənubda, Kür çayının sahilində yerləşir.
Pirəzə | |
---|---|
40°24′58″ şm. e. 47°20′56″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 10 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0328[1] |
Kənddə şəhid Mirzali Əliyar oglu Əliyev adına orta məktəb, şəhid Adil Sirac oglu Eminov adına uşaq bağçası, mədəniyyət evi, kitabxana, 100 yerlik elektron ATS, poct şöbəsi fəaliyyət göstərir.[mənbə göstərin]
Tarixi
redaktəKəndin adi Həsənbəy Zərdabinin 1875-1877-ci illərdə nəşr etdirdiyi "Əkinçi" qəzətində qeyd edilmişdi. 1916-cı il məlumatlarına əsasən kənddə 101 ev olmuşdur.[mənbə göstərin]
Etimologiyası
redaktəKəndin adının Pir (ocaq) və Aza (yer, məskən, şəhər) sözlərindən yaranaraq "ocaq, pir olan yer" mənasında ifadə olunduğu ehtimal edilir.[mənbə göstərin]
Əhalisi
redaktəKənddə 1547 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.[mənbə göstərin]
Şəhidlər
redaktəBirinci Qarabağ müharibəsində həlak olanlar
- Mirzali Əliyar oglu Əliyev(1961–1992) adına orta məktəb, şəhid
- Adil Sirac oglu Eminov (1966–1993) adına uşaq bağçası
- Əliyev İmaməddin Əliağa oğlu (1973–1992)
- Dadaşov Rəhman Mirələm oğlu (1969–1994)
- Mustafayev Nüsrət Niftalı oğlu (1970–1994)
İkinci Qarabağ müharibəsində həlak olanlar
- Elnur Ehtibar oğlu Əhmədov (2000–2020)
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
Ağdaş rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |