Pioner Adasi - Wikipedia
Pioner adası — Şimal Torpağı arxipelaqının şimal-qərbində yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Rusiyayanın Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarına daxildir.
Pioner adası | |
---|---|
rus. Пионер | |
Ümumi məlumatlar | |
Sahəsi | 1522 km² |
Uzunluğu |
|
Eni | 43 km |
Hündür nöqtəsi | 385 m |
Əhalisi |
|
Yerləşməsi | |
79°54′00″ şm. e. 92°18′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəArxipelaqın qərb hissəsində yerləşir. Komsomoles adasından eni 4–9 km plan Yunıy boğazı , Oktyabr İnqilabı adasında isə eni 9–14 km olan Qırmızı Ordu boğazı ilə ayrılır. Sahəsi 1522 km²təşkil edir[1]. Uzunluğu 58 km, eni 25 km təşkil edir. Adanın cənub-şəqində yarımada yerləşir ki, onun uzunluğu 7 km, eni isə 5 km olur. Adadan qərbdə Krupskoy adası yerləşir.
Adanın böyük hissəsində sahillər nisbətən hündürdür. Şimal sahillərində çoxlu sayda burun və körfəzlər vardır. Cənub və şərq sahillərindən dənizə çaylar axır. Adanın ən böyük çayları: İlistaya, Klıkovaya, Vernaya, Skoraya, Sbitaya, Buyanka, Struyka, Pionerka (30 km), Qovorlivaya və Kotelçataya (25 km). Çayların böyük qismi cənuba və şərqə axır. Böyük gölləri yoxdur. Kiçik göllərin sahəsi 2–3 km² olur [2].
Ada ərazisində iki iri buzlaq vardır. Pioner buzlağında adanın ən hündür nöqtəsi 385 metr təşkil edir. Adanın orta hündürlüyü 40–90 m təşkil edir. Ada demək olar ki, bütünlüklə alçaq təpəliklərdən ibarətdir[3].
Adanın qarla örtülü olmayan sahələrində bitkilər aləmi çox zəyifdir. Adanın cəmi 10% -də tundra yayılışdır. Qalan hissələrdə isə Arktika səhraları yayılmışdır. Bitkiləri əsasən mamırlar və şibyələrdir.
Tarixi
redaktəAda ilk dəfə 1932-ci ilin iyununda Georgi Alekseyeviç Uşakov tərəfindən aşkarlanır[4] 1 dekabr 2006-cı ildə Taymır muxtar diyarının qanunveriçi orqanı Dumada axipelaqa daxil adaların adlarının dəyişdirilməsi haqqında qərar qəbul edilir[5]. Ancaq Krasnoyarsk diyarının qanunvrici orqanı bu dəyişiklikləri qəbul etmir[6].
Yaxınlığında yerləşən adalar
redaktə- Kaplya — elədə böyük olmayan ada, 300 m uzunluğa malikdir.
- Poputnıy adası — qayalıqdan ibarət olan ada 4 km uzunluğa, 1,4 km enə malikdir. Pioner adasından 650 metr şimalda yerləşir.
- Krupskoy adası — Pioner adasından Lodoçnıy burnu ilə ayrılır. Boğazın uzunluğu 17 km, eni 8 km-dir.
İstinadlar
redaktə- ↑ "VIVOS VOCO: L. М. Savatyuqin, Е. V. Şevnina, «Şimal Torpağı:Açılışdan 90 gün sonra»". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ "К ИСТОРИИ КАРТОГРАФИРОВАНИЯ ЦЕНТРАЛЬНОЙ ЧАСТИ СОВЕТСКОЙ АРКТИКИ — Kapustin-Arctica Antarctica philatelia". 2002-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2002-07-31.
- ↑ Relyef[ölü keçid]
- ↑ "Şimal Torpağının örgənilmə tarixi". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ "Taymır deputatları Şimal Torpağının II Nikolay Topağı adlsndırılması haqqında qərar qəbul edirlər". 2011-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ "Острова раздора". 2009-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.