Pisikdirnagi Dagi - Wikipedia
Pişikdırnağı və ya Pişikdərəsi — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ. Arazın sol sahilindəki şimal-qərb istiqamətli alçaq tirənin suayrıcında, Arazkənddən 3,5 km qərbdədir (hünd. 808,7 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qurtaracağında, onun cənub-qərb yamacında təcrid olunmuş zirvədir. Araz çayının sol sahilində, Yaycı kəndindən 4 km-dək şərqdədir. Üst Paleosenin Zeland və Tanet mərtəbələrinə aid Türkeş və Ordubad lay dəstələrinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının şimal-şərq qurtaracağında, onun strukturunda iştirak edən ikincidərəcəli Dikdaş-Dəstə antiklinalının cənub-qərb qanadında yerləşir.[1]
Pişikdırnağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 808,7 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.