Perimbel - Wikipedia
Perimbel - Haqqında Məlumat
Perimbel — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Perimbel | |
---|---|
38°55′15″ şm. e. 48°07′39″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Yardımlı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.244 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Haqqında
redaktəViləş çayının sahilində, Sarıqaya dağının yamacındadır. Yaşayış məntəqəsi keçmişdə Talış zonasında yaşamış pirembel tayfasının məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin 70-ci illərinə aid məlumata görə, 5 qoldan ibarət olan pirembel tayfası qışı Cənubi Azərbaycandakı Muğanda, yayı isə Talış dağlarında keçirmişdir. Onların daimi məskunlaşması nəticəsində Babakənd, Lütfəlikənd, Ocaqqulu, Mahmudəli, Atamxanlı, Məlikqasımlı və s. kəndlər yaranmışdır. Rayonun ərazisindəki Cirimbel kəndinin adı da etnonimin təhrif olunmuş formasıdır.[mənbə göstərin]
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı,2007.
Həmçinin bax
redaktə Yardımlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |