Pelister Milli Parki - Wikipedia
Pelister Milli Parkı (mak. Национален парк Пелистер) — Şimali Makedoniya Respublikasının cənubunda, Bitola bələdiyyəsində yerləşən milli park.[1]
Pelister Milli Parkı | |
---|---|
mak. Национален парк Пелистер | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 171,5 km2 ha |
Yaradılma tarixi | 30 noyabr 1948 |
Yerləşməsi | |
40°58′52″ şm. e. 21°11′28″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Bitola bələdiyyəsi |
Yaxın şəhər | Bitola |
park-pelister.com | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəMilli park Baba dağı massivində yerləşir və sahəsi 171,5 km2-dir. Milli parkın hündürlüyü 927 ilə 2 601 metr arasında dəyişir və flora və fauna ilə zəngindir. Floraya Senozoy dövründən qalma və Balkan yarımadasında bir neçə dağda yetişən nadir Pinus peuce də aiddir. Parkda bir çox heyvan növü yaşayır: ayı, canavar, cüyür, qarapaça, maral, dovşan, bir neçə qartal növü, vəhşi qaban, kəklik və endemik Makedoniya Pelaqoniya alabalığı.
Xüsusiyyətləri
redaktəPelister Milli Parkı Movrovo Milli Parkından sonra ölkənin ikinci ən böyük, amma ən qədim milli parkıdır. Milli park Makedoniyanın ən turistik məkanlarından biridir və Popova Şapka, Doyran, Ohrid, Prespa və Kruşevo boyunca xizək kurortları ilə tanınır. Burada Pelaqoniya dərəsi, Prespa gölü, Nidje, Qaliçitsa, Yakupitsa dağları, Bitola şəhəri yerləşir. Pelister ən çox dağ gölləri ilə tanınır və onları "Pelisterin gözləri" adlanıdırırlar. Böyük göl dəniz səviyyəsindən 2 218 m, Kiçik göl isə 2 180 m hündürlükdədir. Burada bir çox çayın mənbəyi yerləşir. Milli parkın iqlimi dəyişkəndir.
Qalereya
redaktə-
Maloto gölü
-
Pelaqoniya dərəsi
-
Qış fəslində
-
2.601 m hündürlükdə
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-06.