Pelekanon Doyusu - Wikipedia
Pelekanon döyüşü və ya digər adı ilə Maltəpə meydan müharibəsi – Osmanlı dövləti ilə Bizans imperiyası arasında baş vermiş döyüşdür. Osmanlının Kocaeli yarımadasındakı fəthləri və İznikin mühasirəsi səbəbiylə 10-11 iyun 1329-cu ildə Bizans imperatoru III Andronikos ilə Osmanlı hökmdarı Orxan Qazi arasında baş vermiş döyüş Osmanlı dövlətinin parlaq qələbəsi ilə nəticələnmiş və o günə qədər diqqət çəkməyən osmanlılar ön plana çıxmışdır.[1]
Pelekanon döyüşü | |
---|---|
Tarix | 1329 |
Yeri | |
|
Döyüş
redaktəTürklərin Kocaeli yarımadasındakı qalaları alaraq boğaza enmələri Bizans imperiyasını təşvişə düşürmüşdü. Osmanlı bəyliyi tərəfindən alınan qalaları geri almaq və mühasirə altındakı İzniki qurtarmaq üçün Bizans imperatoru III Andronikos gizlicə hazırlıq edərək Rumelidən gətirdiyi iki min əfərlik qüvvə ilə Konstantinopol və ıtrafından qatılan qüvvələrlə birlikdə Anaodlu tərəfdəki Üsküdara keçdi. İmperator 1329-cu ilin may ayında Orxan bəyin üzərinə yürüş etdi. Bu zaman o özünə Darıca ilə Tuzla arasındakı Flokren qəsəbəsini qərərgah kimi seçmişdi. Bundan xəbər tutan Orxan bəy İznik mühasirəsinə bir miqdar əsgər saxlayaraq, səkkiz min nəfərlik qoşunla Darıca ilə Eskişəhər arasında yerləşən Pelekanon bölgəsində birbaşa imperatorun komandnalıq etdiyi bizans qüvvələri ilə toqquşdu.[2]
Axşama qədər davam edən döyüşün bundan sonra da davam etməsini təhlükəli görən imperator qərərgahına döndüyü zaman Orxan Qazinin hücuma keçməsindən sonra Bizasn ordusunda təşviş meydana çıxdı. Bu əsnada yaralanan imperator dəniz yolu ilə Konstantinopola geri döndü. Ordusunun çoxu xilas ola bilmədi və məhv edildi.
Nəticə
redaktəOrxan Qazi bu qalibiyyətdən sonra həmin il içində təkrar İznik üzərinə hücuma keçdi. Artıq köməyə olan ümidini itirən İznik komandanı müəyyən şərtlər müqaiblində təslim oldu. Bununla da, İznik Osmanlı dövləti tərəfindən ələ keçirildi. Bir çox tarixçiyə görə, İznikin ələ keçirilməsi Osmanlı dövlətinin tarixində yeni mərhələnin əsasını qoymuş və gələcəkdə Konstantinopolun ələ keçirilməsinə doğru atılmış iri addımlardan biri olmuşdur.[3]
Döyüşün qələbə ilə sonlanmasında Osmanlı ordusunun komandanı orxan Qazinin şəxsi hərbi bacarığı xüsusi rol oynamışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Kyriakidis, Savvas. Warfare in Late Byzantium, 1204–1453. səh. 204. ISBN 9789004206663.
- ↑ Nicol, Donald m. The Reluctant Emperor: A Biography of John Cantacuzene, Byzantine Emperor and Monk, C. 1295–1383. səh. 32–33. ISBN 9780521522014.
- ↑ Nicol, Donald M. The Last Centuries of Byzantium, 1261–1453. səh. 171. ISBN 9780521439916.