Partenogenez - Wikipedia
Partenogenez - cinsi çoxalmanın xüsusi növüdür. Bu zaman yeni orqanizm mayalanmamış yumurta hüceyrədən inkişaf edir. Beləliklə də, qeyri-cinsi çoxalmada olduğu kimi irsi məlumatların mübadiləsi baş vermir. Bitkilərdə baş verən analoji proses apomiksis adlanır.
Təbii partenogenez
redaktəTəbii partenogenezin aşağldaki növləri var.
- fakultativ
- mütləq
- tsiklik
Fakultativ
redaktəBəzi heyvanlarda istənilən yumurta heceyrə mayalanma getmədən və eləcə də mayalanmadan sonra inkişaf etmək xüsusiyyətinə malik olur. Bu, fakultativ partenogenez adlanır və əsasən arılarda, qarışqalarda təsadüf olunur. Bu zaman mayalanmış yumurta hüceyrədən dişilər, mayalanma getməyən yumurta hüceyrədən isə erkəklər əmələ gəlir. Bu, heyvanlarda partenogenez cinslərin arasında olan nisbətin nizamlanması üçün uyğunlaşma vəsaitidir.
Mütləq
redaktəMütləq partenogenezdə yumurta mayalanma getmədən inkişaf edir. Partenogenezin bu növündə Qafqaz qaya kərtənkələsində rast gəlinir.
Tsiklik
redaktəBir çox növlərdə partenogenez tsiklik xarakter daşıyır. Mənənə və dafniyalarda yayda yalnız partenogenez yolla çoxalan dişilər mövcud olur, payızda partenogenez mayalanma nəticəsində çoxalma ilə əvəz olunur.
- mütləq və tsiklik partenogenez tarixən heyvanların o növlərində təsadüf edilir ki, onlar külli miqdarda qırılmış və ya əks cinsdən olan nümayəndələrlə onların görüşməsi çətin olmuşdur. Partenogenez quşların arasında da təsadüf olunur. Hind quşlarının bir cinsində yumurtaların çoxunun inkişafında partenogenez müşahidə edilir: onlardan yalnız erkəklər əmələ gəlir.
Haploid partenogenez
redaktəCücülərin bəzi növlərində və bal arısında partenogenez prosesi meyoz nəticəsində yaranan haploid (n) hüceyrələrin inkişafı ilə əlaqədardır. Bu zaman yeni fərdlərin orqanizmi haploid xromosom yığımına malik olur.
Diploid partenogenez
redaktəMənənələrdə, rotatorilərdə (sap qurdlar tipi), zəncirotunda, qırğıotunda partenogenez ilkin yumurta hüceyrənin meyoz keçirmədən, mitoz yolla bölünməsi yolu ilə gedir. Belə bölünmə zamanı xromosomların sayının azalması baş vermir, gen kombinasiyaları yaranmır, nəticədə diploid (2n) xromosom yığımına malik olan ana orqanizmin eyni olan fərdləri yaranır.
Artemiya xərçəngi və bir sıra başqa orqanizmlərdə haploid yumurta hüceyrə ilə yönəldici cisimciklərdən birinin birləşməsi nəticəsində, yeni diploid orqanizm yaranır.
Fəsil partenogenez
redaktəİbtidai xərçəngkimilərdə (siklop, dafniya) və mənənələrdə, adətən, partenogenez mayalanma ilə növbələşir. Yazda qışlayan mayalanmış yumurta hüceyrələrdən dişi fərdlər çıxır. Onların yumurtalarından isə yenidən dişi fərdlər əmələ gəlir. Yalnız yayın sonunda yumurtadan dişilərlə yanaşı erkək fərdlərdə də əmələ gəlir. Partenogenezin bu növü fəsil partenogenezi adlanır. Fəsil diploid partenogenez həmçinin zəncirotu və qırğıotunda da müşahidə edilir.
Süni partenogenez
redaktəMayalanma getməyən yumurta hüceyrəyə yüksək tempratur, işıq, turşu və digər fiziki və kimyəvi amillərlə təsir etdikdə süni partenogenez yaratmaq olar. Məsələn, qurbağanın kürüsünü iynə ilə deşsək, onun inkişafına təkan verilər və ondan yetkin fərd çıxar.
Ginogenez
redaktəGinogenez – cinsi çoxalmanın və rüşeymin inkişafının qeyri-müntəzəm tipli formasıdır. Bu zaman spermi yumurta hüceyrəyə daxil olur, lakin onların nüvələri birləşmir və sonradan yalnız yumurta hüceyrənin nüvəsi inkişafa məruz qalır. Bu zaman cinsiyyət hüceyrələrinin nüvələrinin qovuşmasının nəticəsi olanvalideynlərin irsi məlumatlarının birləşməsi olmur. Spermatozoidin rolu mayalanmamış yumurta hüceyrənin inkişafına təkan verməkdir. Təbiətdə ginogenez çox nadir hallarda təsadüf olunur. Məsələn, bəzi balıqlarda (böyükxul, gümüşü dabanbalığı və s.), suda-quruda yaşayanlarda, dəyirmi qurdlarda və amarillislər fəsiləsindən olan bitkilərdə.
Laboratoriya şəraitində ginogenez həyat qabiliyyətinə malik olmayan spermadan istifadə etməklə həyata keçirilə bilər. Ginogenezin köhnəlmiş olan bir sinonimi merospermiya adlanır.
Pedogenez
redaktəPedogenez - partenogenezin bir növü olub, rüşeymin hələ ontigenezin sürfə mərhələsindən başlayaraq inkişaf etməsi ilə əlaqədardır. pedogenezə cücülərin arasında böcəklərin və kəpənəklərin bəzi npvlərində təsadüfg olunur. pedogenez dənizdə yaşayan saxəbığlı xərçəngkimilər üçün, həmçinin qaraciyər sorucusunun sürfəsi üçün də səciyyəvidir.
Androgenez
redaktəAndrogenez (yun. andros – kişi və genezis - əmələ gətirmə). Bəzən elə hallar olur ki, yumurta hüceyrənin nüvəsi dağılır, lakin o, mayalanma qabiliyyətini saxlayır. Bu zaman spermatozoidin nüvəsi yumurta hüceyrədə nüvə kimi iştirak etməyə başlayır. Androgenez ananın deyil, ata orqanizmin bütün xüsusiyyətlərini özündə daşıyan yeni fərdin yaranmasına gətirib çıxarır. Androgenez minicilərdə (Habrobracon) və bitkilərdə (qarğıdalı, bəzi tütün növləri) müşahidə olunur.
Hermafroditizm
redaktəCinsi çoxalmanın primitiv forması hermafroditizmdir. Oturaq və ya parazit həyat keçirən bir çox orqanizmlər (süngərlər, bağırsaqboşluqlular, yastı qurdlar, sap qurdlar, həlqəvi qurdlar, molyuskalar, sürfəsi xordalılar və bəzi xordalılar) arasında təsadüf edilir. Belə orqanizmlər həm dişi, həm də erkək cinsiyyət orqanina malik olur. Hermafrodit orqanizmlər Iki növ qamet əmələ gətirsələr də, onlarda mayalanma əksərən çarpaz şəkildə gedir. Bəzi heyvanlarda hermafroditizm öz-özünə mayalanmanı təmin edərək (məsələn, bəsi parazit qurdlarda) cinsi tərəfdaşın tapılması poblemini aradan qaldırır və nəsillərin davamı üçün müəyyən üstünlüklər yaradır.
Mənbə
redaktəTqdk,Ümumi Biologiya, vəsait - məlumat kitabı. "Şərq-qərb" nəşri, 2011, 116. - 118. səhifə