Paris Konqresi - Wikipedia
Paris konqresi — Paris müqaviləsinin imzalanması ilə nəticələnən, Krım müharibəsini bitirmək məqsədi ilə çoxtərəfli beynəlxalq danışıqların aparıldığı konqres. 13 fevral (25) 1856-cı ildə Fransanın paytaxtında çağırılmışdır.[1] Konqresin işində Rusiya, Fransa, İngiltərə, Avstriya, Sardiniya, Osmanlı imperiyası və Prussiyanın diplomatik nümayəndələri iştirak etmişdilər.[1][2]
Paris konqresi | |
---|---|
ing. Congress of Paris | |
Keçirilmə tarixi | 13 (25) fevral 1856 — 16 (28) aprel 1856 |
Keçirildiyi yer | Şablon:Flaqifikasiya/Paris, İkinci imperiya *, Paris, İkinci imperiya |
İştirakçılar |
Fransa İkinci imperiya Britaniya imperiyası Rusiya imperiyası Avstriya imperiyası Osmanlı imperiyası |
Müzakirə edilən məsələlər |
Krım müharibəsinə son qoyan sülh müqaviləsinin hazırlanması Dunay knyazlıqlarının taleyi Qara dənizin statusu Dunay çayında ticarətinin taleyi Rusiya imperiyası ilə Osmanlı imperiyası arasındakı sərhədlərin yenidən nəzərdən keçirilməsi |
Nəticələr | Paris sülh müqaviləsi 18 (30) mart 1856 |
Vikianbarda əlaqəli mediafayllar |
Konqresin sessiyalarına Fransa Xarici İşlər Naziri, Napoleon Bonapartın oğlu qraf A.Valevski rəhbərlik edirdi. Rusiyanı iki şəxs təmsil edirdi. Birinci şəxs fövqaladə səlahiyyətli qraf A.F.Orlov, ikincisi isə Londonda uzun müddət Rusiya səfiri olmuş F.İ.Brunnov idi. Britaniyanı Lord Vilers Corc Klarendon və Henry Vellesli təmsil edirdi. Avstriya Fon Karl Ferdinant Buolem, Sardiniya krallığı isə Kamillo Kavur timsalında konqresə qoşulmuşdu. Osmanlı imperiyası adından qatılan nümayəndə heyətinə sədrəzəm Mehmed Əmin Əli Paşa rəhbərlik edirdi.
Tarixi
redaktəRusiya "Şərq məsələsi" çərçivəsində Osmanlı imperiyasına son vermək və türkləri Avropadan, həmçinin İstanbul boğazlarından qovmaq istəyirdi. II Yekaterinanın "Yunan lahiyəsi" də "Şərq məsələsi"nə daxil idi. I Aleksandr da Balkan federasiyasını qurmağı arzulayırdı. 1768-1774-cü illərdəki müharibə Rusiyanın Qara dənizdə Osmanlı dövlətinin şəriksiz ağalığına son qoyması və Polşanın birinci bölüşdürülməsi ilə başa çatdı. 1787-1791-ci illər türk-rus müharibəsi Fransa inqilabı ilə dayandırıldı. Bu müharibə də Rusiyanın qalibiyyəti ilə başa çatdı. 1806-1812-ci illər müharibəsində ruslar Bessarabiyanı və Qafqazın bir hissəsini ələ keçirdi və Napoleonun Rusiyaya müdaxiləsi ilə müharibə dayandırıldı. 1829-1829-cu illər müharibəsində çar I Nikolay Yunanıstanın yenicə qazandığı müstəqilliyini himayə edirdi. Həmçinin o, Dunay çayının mənsəbinin sol sahilini də isgal etdi.
1853-cü ildə I Nikolay yenidən Osmanlıya qarşı tələblər irəli sürməyə başladı. Rusiya çarı Dunay knyazlıqları - Valaxiya və Moldovanı hərbi güc tətbiq etməklə işğal etdi. I Nikolay danışıqlar zamanı Osmanlı imperiyasında yaşayan xristianların da himayə etməsi tələbini qoyurdu.[3] Onun himayə etmək istədikləri arasında Qüdsdəki, Fələstindəki və Anadolunun şərqində yaşayan xristianlar da daxil idi. Bu xristianlar üzərində Fransa da həmçinin müəyyən himayə hüququna iddia edirdi.[3] XVI əsrdən başlayaraq, fransızlar Yaxın Şərqdə əsas qərb xalqı olmuşdu, onlar bir çox halda sultanı pulla və məsləhətçilərlə təmin etmişdilər, nəhəng miqyasda ticarət aparırdılar, onlar həm də xristian missionerlərini adamlarla və maliyyə cəhətdən təmin edirdilər. Onlar həmçinin uzun müddət idi ki, Süveyş kanalının tikintisi barədə Osmanlı sarayı ilə danışıqlar aparmışdılar. III Napoleon çar Nikolaya nifrət etməkdə xüsusi səbəbə malik idi, çünki çar onu macəraçı inqilabçı kimi qiymətləndirmişdi. III Napoleon böyük səylə türk hökumətini rusların Osmanlı daxilindəki xristianları himayə etmək iddiasına müqavimət göstərməyə həvəsləndirməyə çalışırdı.
Rusiya ilə osmanlılar arasında müharibə 1853-cü il oktyabrın 4 (16)-də başladı.[3] 1854-cü il martın 28-də Fransa Böyük Britaniyanın etdiyi kimi türklərin tərəfində müharibəyə qoşuldu. Britaniyalılar Rusiyanın bölgədə möhkəmlənməsini istəmirdilər. Onlar rusların Osmanlını məğlub edərək, Yaxın Şərqdə əsas gücə çevriləcəyindən ehtiyat etdiklərindən türkləri müdafiə etmək qərarına gəldilər. Beləliklə, iki qərb dövləti birlikdə Rusiyaya qarşı ittifaq yaratdılar. 1855-ci il yanvarın 26-da İtaliyanı birləşdirmək məsələsində dəstək almaq istəyən kiçik Sardiniya krallığı da 10 minlik qüvvə ilə müttəfiqlər tərəfində müharibəyə qoşuldu.[3]
Üç il davam edən müharibə Rusiyanın məğlubiyyəti ilə bitdi.[4] Avropa dövlətləri əsas məqsədlərinə Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq istəyinə nail oldular.
Konqresin çağırılması və gedişi
redaktəRus diplomatiyasının gərgin səyi nəticəsində Avstriyanın müharibənin nəticələri ilə bağlı Vyanada beynəlxalq konqresin keçirilməsi təşəbbüsü baş tutmadı. Konqresin 1856-cı il 25 fevralda Parisdə keçirilməsi qərara alındı.[1] Konqresin sessiyalarına Fransa Xarici İşlər Naziri, Napoleon Bonapartın oğlu qraf A.Valevski rəhbərlik edirdi. Rusiyanı iki şəxs təmsil edirdi. Birinci şəxs fövqaladə səlahiyyətli qraf A.F.Orlov, ikincisi isə Londonda uzun müddət Rusiya səfiri olmuş F.İ.Brunnov idi. Britaniyanı Lord Vilers Corc Klarendon və Henry Vellesli təmsil edirdi. Avstriya Fon Karl Ferdinant Buolem, Sardiniya krallığı isə Kamillo Kavur timsalında konqresə qoşulmuşdu.[5] Osmanlı imperiyası adından qatılan nümayəndə heyətinə sədrəzəm Mehmed Əmin Əli Paşa rəhbərlik edirdi.[6]
Britaniya və Avstriya Parisdə Rusiyaya münasibətdə ən sərt mövqeni nümayiş etdirirdilər. Onların sərt mövqeyi sonradan III Napoleonun təsiri altında bir qədər yumşaldı. Başlanğıcda ümumiyyətlə belə bir sürətli sülh istəməyən İngiltərə, indi açıq şəkildə Qara dəniz hövzəsində Rusiyanı zəiflətməyə, Qafqazdakı mövqelərinə xələl gətirməyə çalışır, Aland adalarının demilitarizasiyasında israr edirdi. Avstriyalıların dəstəyi ilə İngilislər hətta Qara dəniz sahillərindəki rus istehkamlarının tamamilə dağıdılmasını tələb etdilər, lakin III Napoleonun dəstəyi sayəsində Orlov bu məsələdə qalib gəldi. Avstriya bütün Bessarabiyanın Rusiyadan qoparılmasını və Dunay knyazlıqlarının öz mülklərinə qatılmasını istəyirdi. Ancaq keçmiş müttəfiqlər Dunay knyazlıqlarını heç bir şəkildə avstriyalılara vermək istəmirdilər. Buna görə avstriyalılar 2 dekabr 1855-ci il ultimatumlarına cavab almadıqda Konqresi tərk etdilər. Konqresdə Osmanlı müttəfiqlərin fikirləri açıq şəkildə türklərin maraqlarına zidd olduqda belə, onlarla razılaşmaq məcburiyyətində qaldı. Xüsusilə (lakin heç bir ciddi nəticəsi olmadan) konqresdə Dunay knyazlıqlarının gələcəkdə siyasi birləşməsinə ehtiyac məsələsi nəzərdən keçirildi.[2] Gərgin müzakirələrə baxmayaraq, Paris konqresi bir neçə sənədin imzalanması ilə başa çatdı.[6]
Nəticəsi
redaktəParis konqresinin sonunda 18 mart (30) 1856-cı ildə 1871-ci ilə qədər Avropadakı siyasi quruluşu təyin edən sülh müqaviləsi imzalandı. İmzalanan sənədlərin içərisində sülh müqaviləsinin mətni, Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında konvensiya əsas yer tuturdu.[2] Sülhün şərtlərinə görə, Qara dəniz neytrallaşdırılır, müharibə və sülh dövründə boğazlar ticarət və hərb gəmilərinin üzünə açıq elan olunur, Rusiyanın sahil istehkamları sökülürdü. Rusiya və Osmanlıya Qara dənizdə hərbi donanma saxlamaq qadağan edilirdi. Rusiya Qafqazda işğal etdiyi Osmanlı torpaqlarından geri çəkilmək öhdəliyi də götürürdü.
Xüsusi konvensiyaya görə, Rusiya və Osmanlıya qaçaq-malçılığa qarşı mübarizə məqsədilə 10 kiçik hərbi gəmidən ibarət hərbi dəniz qüvvəsi saxlamağa icazə verilirdi.
Əslində Paris konqresi İngiltərə və Avstriyanın nəzərdə tutduqlarının reallaşmasına imkan vermədi. Çünki nə Balkanlarda, nə də Osmanlının Avropa hissəsində ciddi ərazi dəyişiklikləri həyata keçirilmədi. Bununla belə, Rusiya imperiyası xarici işlər naziri A.Qorçakov Paris sülh müqaviləsini "Rusiyanın tarixində ən biabırçı ləkə" adlandırmışdı.
1856-cı il Paris sülh müqaviləsi, 1815-ci il Vyana müqavilələrinə əsaslanan Avropa sistemini[7] məhv edərək Avropadakı beynəlxalq vəziyyəti tamamilə dəyişdirdi.[8] Paris müqaviləsi 1870-1871-ci illər Fransa–Prussiya müharibəsinə qədər Avropa diplomatiyasının onurğa sütunu oldu.
Konqres 1856-cı il 16 (28) aprel tarixlərində bağlandı.
İstinadlar
redaktə- ↑ 1 2 3 "Paris, Treaty of (1856)". The New Encyclopædia Britannica. Encyclopædia Britannica Inc. Volume 9. 15th ed. pp. 153-154. 2007.
- ↑ 1 2 3 "Congress of Paris". The Columbia Encyclopedia, Sixth Edition. http://www.encyclopedia.com/doc/1E1-Paris-Co.html Arxivləşdirilib 2009-03-11 at the Wayback Machine. 2008
- ↑ 1 2 3 4 The Crimean War 1853- 1856. http://www.onwar.com/aced/data/cite/crimean1853.htm Arxiv surəti 25 may 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 25 may 2011 at the Wayback Machine. 2008.
- ↑ "Крымская война: взгляд с той стороны". warspot.ru (rus). 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-30.
- ↑ "Парижский трактат". // Исторический факультет МГУ. 2015-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-18.
- ↑ 1 2 Barchard, David. SETTING THE WORLD TO RIGHTS. http://www.cornucopia.net/highlights35.html Arxivləşdirilib 2012-03-21 at the Wayback Machine. 2008
- ↑ Phillips, Walter Alison. Congress // Kisholm, Hyu (redaktor). Britannika Ensiklopediyası. 6 (XI). Cambridge University Press. 1911. səh. 938.
- ↑ Candan Badem, The Ottoman Crimean War (1853-1856). Leiden-Boston.1970.p.403
Ədəbiyyat
redaktə- Adanir, Fikret. "Turkey's entry into the Concert of Europe." European Review 13#3 (2005): pp 395–417.
- R.R. Palmer, Joel Colton, Lloyd Kramer. A History of the Modern World since 1815. McGraw Hill. 2002. ISBN 0-07-250280-0.
- Hazen, C. D. et al. Three Peace Congresses of the Nineteenth Century (1917) pp 23–44. online
- Петров А.Н. Русские дипломаты на Парижском конгрессе 1856 года // Исторический вестник, 1891. – Т. 43. - № 1. – С. 98-119 Arxivləşdirilib 2019-04-26 at the Wayback Machine, № 2. – С. 386-413 Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine, № 3. – С. 672-705. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
- Петров А.Н. Русские дипломаты на венских конференциях 1855 года // Исторический вестник, 1890. – Т. 40. - № 4. – С. 22-50 Arxivləşdirilib 2019-10-03 at the Wayback Machine, № 5. – С. 265-289. Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine, № 6. – С. 514-534. Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine
- Тарле Е. В.Крымская война
- Baumgart, Winfried, and Ann Pottinger Saab. Peace of Paris, 1856: Studies in War, Diplomacy & Peacemaking (1981), 230 pp
- Figes, Orlando. The Crimean War: A History (2010) pp 411–65.
- Jelavich, Barbara. St. Petersburg and Moscow: tsarist and Soviet foreign policy, 1814-1974 (Indiana University Press, 1974) pp 128–33.
- Mosse, W. E. "The Triple Treaty of 15 April 1856." English Historical Review 67.263 (1952): pp 203–229. in JSTOR
- Taylor, A.J.P. The Struggle for Mastery in Europe: 1848–1918 (1954) pp 83–97
- Temperley, Harold. "The Treaty of Paris of 1856 and Its Execution," Journal of Modern History (1932) 4#3 pp 387–414 in JSTOR
Xarici keçidlər
redaktə- Парижский трактат 1856 года в электронной библиотеке Исторического факультета МГУ
- Циркулярная депеша министра иностранных дел России А. М. Горчакова к представителям России при дворах держав, подписавших Парижский трактат 1856 года
- Парижский трактат Arxivləşdirilib 2017-11-03 at the Wayback Machine. 30.03.1856. Проект Российского военно-исторического общества «100 главных документов российской истории».
- Циркулярная депеша министра иностранных дел России А. М. Горчакова к представителям России при дворах держав, подписавших Парижский трактат 1856 года Arxivləşdirilib 2017-11-03 at the Wayback Machine. 19(31).10.1870. Проект Российского военно-исторического общества «100 главных документов российской истории».