Paradise Lost - Wikipedia
Paradise Lost — 1988-ci ildə yaranmış doom metal qrupudur. Qrup adını, 17-ci yüzillikdə yaşamış John Milton'un Paradise Lost adlı epik şerindən almışdır. Qrup, 1988-ci ildə gitarada Gregor Mackintosh və Aaron Aedy, bas gitarada Stephen Edmondson, barabanda Matthew Archer və vokalda Nick Holmes'dan ibarət heyətiylə İngiltərənin Halifax şəhərində yaranmışdr. Günümüzdə bu orijinal heyətdən yalnız barabançı Matthew Archer qrup ilə birlikdə deyil, digər 4 musiqiçi quruluşundan bu yana qrupda fəaliyyət göstərir.
Paradise Lost | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
əvvəllər det/dum-metal sonralar qotik-rok indi qotik-metal dum-metal |
Fəaliyyət illəri | 1988—h.h. |
Ölkə | Böyük Britaniya |
Şəhər | Yorkşir, İngiltərə |
Leybl |
Peaceville Music for nations EMI Gun records Century media |
Heyət |
Nik Holms Qreq Makintoş Aaron Aedi Stiv Edmonson Adrian Erlandsson (2009-cu ildən) |
Keçmiş üzvlər |
Mettyu Arçer (1988—1995) Li Morris (1995—2004) Ceff Singer (2004—2008) |
Digər layihələr | Cradle of Filth, The Haunted, At the Gates, Oceansize |
www.paradiselost.co.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Paradise Lost'un 1990-cı ildə yayımladığı debüt albomu "Lost Paradise" və 1991-ci tarixli "Gothic" albomları dövrünə görə olduqca fərqli albomlar hesab edilirdi. Xüsusilə "Gothic" albomundakı riff'lər, sözlər və albomun tutqun atmosferi alboma ayrı bir hava qatırdı. Qrup bu albomdan sonra bəziləri tərəfindən Gotik metalın qabaqcılı olaraq qəbul edilməyə başlamışdı. 1992-ci ildə "Shades of God", 1993-cü ildə "Icon" və 1995-ci ildə yayımlanan "Draconian Times" kimi dövrünün olduqca fərqli albomlarıyla metal aləmində yaxşıca tanınan qrup, məşhur metal qruplarının arasına girmiş və underground bazardan çıxaraq böyük səhnələrə addım atmağı bacarmışdı.
Draconian Times albomundan sonra daha təcrübəli işlərə əl atan qrup 1997-ci ildə "One Second" adlı albomu yayımladı. 1999-cu ildə qrup artıq yaracılığının zirvəsində idi. Həmin ilə yayımladığı "Host" albomu ilə bir növ dinləyici kütləsini ikiyə ayırmışdı. Albomda demək olar ki gitara istifadə edilməmişdi və daha çox elektronik elementlərə yer verilmişdi. Qrupun Depeche Mode'da bənzətilməsi və tərznin də dark-pop istiqamətində formalaşdığı kimi düşüncələr də məhz bu dğvrə təsadüf edir. Daha sonrakı dövrlərdə albomlarında elektron musiqi və doom metal'ı özlərinə xas şəkildə icra edən qrup, son olaraq 2007-ci ildə "In Requiem" albomu ilə köhnə tərzlərinə qayıda bilmişdi. Bu albom bir növ qrupun metala qayıdışı kimi qəbul edildi. Qrup üzvləri öz açıqlamalarında bu albomu daha çox Gothic, Icon və Draconian Times albomlarının qarışığı kimi hesab etdiklərini demişdi.
Qrup 2009-cu ildə "Faith Divides Us – Death Unites Us" adlı 12-ci studiya albomlarını yayımladı. Bu albom ilk baxışda qrupun, In Requiem ilə qaldığı yerdən davam etdiyini təsəvvürünü yaradırdı. Ancaq albomun ümumi tərzində yenə bəzi dəyişikliklər var idi. İlk növbədə qrupun köhnə dinləyicilərini yenidən qazanmasını təmin edəcək və onların xoşuna gələ biləcək sərtlikdə bir gotik metal albomu idi. Eyni zamanda Nick Holmes'in təmiz vokallarının daha çox yer aldığı bu albom, qrupun tarixçəsini və keçirdiyi musiqi təkamülünü ən yaxşı şəkildə əks etdirən albom olma xüsusiyyətini də daşıyırdı.
Qrup 2011-ci ilin axırlarında yeni albom hazırlıqlarına başladığı bildirdi. 2012-ci il 23 aprel tarixində qrup "Tragic Idol" adlı 13-cü studiya albomunu yayımladı.
2013-cü il 27 oktyabr tarixində, qrup yaranışının 25-ci ildönümü turundan sonra 2014-cü ilin yayında yeni albom hazırlığına başlayacağını açıqladı. Qrup 2013-cü il 5 noyabr tarixində "Tragic Illusion" adını verdiyi toplu albomunu yayımladı.
Diskoqrafiya
redaktəStudiya albomları
redaktə- 1990 — Lost Paradise
- 1991 — Gothic
- 1992 — Shades of God
- 1993 — Icon
- 1995 — Draconian Times
- 1997 — One Second
- 1999 — Host
- 2001 — Believe in Nothing
- 2002 — Symbol of Life
- 2005 — Paradise Lost
- 2007 — In Requiem
- 2009 — Faith Divides Us – Death Unites Us
- 2012 — Tragic Idol