Panorama Azadligi - Wikipedia
Panorama azadlığı — ictimai yerlərdə yerləşən müəllif hüquqları ilə qorunan obyektlərin (binalar, heykəllər və s.) şəkillərini çəkmək və sərbəst şəkildə yaymaq imkanı. Panorama azadlığı müxtəlif yurisdiksiyaların müəllif hüquqları qanunlarında daimi olaraq ictimai yerdə yerləşən binaların, bəzən heykəllərin və digər sənət əsərlərinin fotoşəkillərini və video görüntülərini çəkməyə və digər təsvirləri (məsələn rəsm əsəri) yaratmağa icazə verən müddəadır.[1][2] Panorama azadlığı qanunları və ya presedent hüququ müəlliflik hüquqları sahibinin bu cür şəkillərin yaradıcılarına və paylayıcılarına qarşı müəllif hüquqlarının pozulmasına görə tədbir görmək hüququnu məhdudlaşdırır. Müəlliflik hüququ sahibinin törəmə əsərlərin yaradılmasına və yayılmasına icazə vermək müstəsna hüququna malik olması normal qaydadan istisnadır.
Müxtəlif ölkələrin qanunları obyektlərin fotoşəkillərini çəkmək hüquqlarına görə fərqlənir. Xüsusilə, Fransada (o dərəcədə ki, bəzi müddəalarda işıqlandırmanın müəllif hüquqlarına görə ictimai mülkiyyətdə olan, müəlliflik hüququ bitmiş Eyfel qülləsinin gecə çəkilmiş fotoşəklini sərbəst şəkildə yaymaq qadağandır[3]) bu qaydalar çox sərtdir. Almaniyada və küçədə və ya ictimai yerlərdə obyektlərin və insanların fotoşəkillərinin dərc edilməsinin qadağan edilmədiyi digər ölkələrdə bu qaydalar nisbətən yumşaqdır.
Bəzi ölkələrdə (Böyük Britaniya, Almaniya, Çin Xalq Respublikası) panorama azadlığı qanunla təsbit olunub. Digərlərində isə (keçmiş SSRİ-nin bəzi dövlətləri, Fransa, Rumıniya) qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. ABŞ, Cənubi Koreya, Rusiya kimi ölkələrdə bu yalnız müəyyən kateqoriyalı obyektlərə, məsələn yalnız binalara aiddir. Panoramaların çəkilişini tamamilə qadağan edən dövlətlər də var (məsələn, İtaliya). Bir çox ölkələrdə qanun binaların və abidələrin müəllif hüquqları ilə qorunan şəkillərinin qeyri-kommersiya məqsədləri üçün məhdudiyyətsiz istifadəsinə icazə verir.
Tarixi
redaktəKeçmişdə fotoqrafiya və ictimai məkanı əyani şəkildə təmsil edən digər üsullar müəllif hüquqlarından başqa digər səbəblərə görə ciddi şəkildə məhdudlaşdırılırdı. Fransa XIX əsrdə şəxsi həyatın qorunması üçün bu cür fəaliyyətləri qadağan etdi. İtaliya XVIII əsrdə arxeoloji ərazilərin qravüralarda təsvirinə, hətta belə ərazilər ictimai yerlərdə tapılsa belə, onların mədəni irsinin qorunması məqsədilə icazə verməməyə başladı.[2]
Panorama azadlığı anlayışı ilk dəfə XIX əsrdə Almaniyada yaranıb. Bavariya krallığı 1840-cı ildə ictimai yerlərdə "incəsənət və memarlıq əsərlərinin xarici konturlarında" şəkilli təsvirlər üçün analoji istisna tətbiq etdi. Bu, "mexaniki reproduksiya" istisna olmaqla, yenidən yayımlamanı qadağan edən Almaniya ittifaqının yeni müəllif hüquqları qaydalarının təsirini azaltmaq məqsədi daşıyırdı. İttifaqın tərkib hissəsi olan digər dövlətlər tezliklə bu qanunu özlərində də tətbiq etdilər və 1876-cı ildə Bavariyanın istisnasına əsaslanan qanuni hüquq, nəhayət Almaniya parlamenti tərəfindən bütün ittifaqda tətbiq olundu.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Seiler, David. "Gebäudefotografie in der EU – Neues vom Hundertwasserhaus". Photopresse. 2006. səh. 16. 2007-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
- ↑ 1 2 Rosnay, Mélanie Dulong de; Langlais, Pierre-Carl. "Public artworks and the freedom of panorama controversy: a case of Wikimedia influence". Internet Policy Review. 6 (1). 2017-02-16. doi:10.14763/2017.1.447. ISSN 2197-6775. 2018-01-18 tarixində arxivləşdirilib.
- ↑ "Using the image of the Eiffel Tower: Filming and shots". www.toureiffel.paris. 9 noyabr 2017. 2023-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-27.
Xarici keçidlər
redaktə- Photographing public buildings, from the American Society of Media Photographers.
- Millennium Park Photography: The Official Scoop, The Chicagoist, February 17, 2005.
- MacPherson, Linda: Photographer's Rights in the UK.
- Newell, Bryce Clayton. "Freedom of Panorama: A Comparative Look at International Restrictions on Public Photography". Creighton Law Review. 44. 2011: 405–427. December 2, 2012 tarixində arxivləşdirilib.