Paliqorskit - Wikipedia
Palıqorskit (Mg,Al)2 [(OH)|Si4O10] · 4 H2O — rombik və ya monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Palıqorskit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
(Mg,Al)₅(Si,Al)₈O₂₀(OH)₂·8H₂O |
Strunz təsnifatı | VIII/E.13a[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
redaktəCa - palıqorskit ( ~8,3% CaO), ferripalıqorskit ( ~6% Fe2O3), ferropalıqorskit (~4% FeO), pilolit – palıqorskitin Al2O3-lə kasıb növ müxtəlifliyi.
Xassələri
redaktəRəng – müxtəlif çalarlı ağ, ferripalıqorskitin – yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, ipəyi, mum; Şəffaflıq – yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,1-2,5; Sərtlik – 2,5; Kövrəkdir; Lifləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – yoxdur; Sınıqlar – düz, qeyri-hamarlifli, qabıqvarı; Başqa xassələr – olduqca məsaməlidir, suda asan üzür; yüksək adsorbsiya qabiliyyəti və ağardıcı xassəsi ilə səciyyələnir; Morfologiya – Mineral aqreqatları: dolaşıqlifli, gil - və keçəyəbənzər, gizlikristallik «dağ dərisi və probkası», «dağ ağacı və əti» və başqa müxtəlif adlar almış dəriyəoxşar, təbəqə - və vərəqvari və s. kütlələr.
Mənşəyi və yayılması
redaktəPalıqorskitin əsas yığınları ekzogen mənşəlidir. Maqnezial süxurların aşınması zamanı əmələ gəlir və autigen mineral kimi müxtəlif çökmə süxurlarda müşahidə edilir. Serpentinitlərin aşınma qabığında rast gəlir, habelə gillərdə, mergellərdə, əhəngdaşlarında və səhra torpaqlarında və b. qeyd edilir. Bəzən hidrotermal yolla meydana çıxır, puskürmə süxurlarda və bəzi filiz yataqlarında damarlar əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: kalsit, ankerit, maqnezit, opal, xalsedon, barit, xlorit və b. Mineralın tapıldığı yerlər: Attapulges və Kuinsi (ABŞ); Ankan rayonu – Şərqi Xokkaydo (Yaponiya); Tetyüşin rayonu – Tatarıstan, Povoljye, İrkutsk vilayəti (Rusiya); Korosten və Berdirev rayonları (Ukrayna), Atlantik okeanının bəzi dərin hissələri və b. Azərbaycanda palıqorskit-pilolit gilləri Naxçıvan çökəkliyinin miosen-dördüncü dövr çöküntülərində yayılmışdır.
Tətbiqi
redaktəİstiliyi - və səsi izolyasiya edən, həmçinin aktiv katalitik material kimi tikinti, kimya və b.sənaye sahələrində istifadə edilir.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.