Pencsir Vilayeti - Wikipedia
Pəncşir vilayəti (fars. پنجشیر, hərfi "beş aslan") — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
Pəncşir vilayəti | |
---|---|
35°25′39″ şm. e. 69°44′06″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Bazarək[d] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 13 aprel 2004 |
Sahəsi |
|
Hündürlük | 4.226 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AF-PAN |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəVilayətin ərazisi 3.610 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 139.1 min nəfər[2], inzibati mərkəzi Bazarək şəhəridir.[3] Pəncşir vilayəti Əfqanıstanın 34-cü vilayəti olaraq 13 aprel 2004-cü ildə yaradılmışdır.[4] Pəncşir vilayəti Əfqanıstanın şərqində, Əfqanıstan-Pakistan sərhəddi yaxınlığında yerləşir. Vilayət Bəğlan və Təxar vilayətləri ilə, cənubda Lağman və Kapisa vilayətləri ilə, şərqdə Bədəxşan və Nuristan vilayətləri ilə, qərbdə isə Pərvan vilayəti ilə həmsərhəddir.[5]
Əhalisinin etnik tərkibi
redaktəƏhalisi əsasən taciklərdən, həzaralardan, paşayilərdən, nuristanilərdən, Qılzay İttifaqına daxil olan puştunlardan və az sayda digər xalqların nümayəndələrindən ibarətdir.[5]
Taciklər sünni-islam etiqadlı farsdilli xalqdır. Əsasən dari (digər adı farsi - kabulidir) dilində danışırlar. Vilayətin Saləng rayonunda əhalinin çoxluğunu təşkil etməklə yanaşı digər rayonlarında da yaşayırlar.
Həzaralar şiə-islam etiqadlı qədim türk (faktlara əsasən qədim Dəri dilində danışırlar) kökənli xalqdır. Əsasən kompakt şəkildə vilayətin Hisa-i-Avali Pəncşir və Hisa-i-Duvumi Pəncşir rayonlarında taciklərlə qarışıq halda yaşayırlar.
Nuristanilər vilayətdə kata tayfası ilə təmsil olunmuşlar.[5] Bu tayfa Hisa-i-Avali Pəncşir rayonunun cənub-şərqində yaşayır.[5]
Paşayilər dravid dil ailəsinə aid bir dildə danışırlar.[5] Onlar vilayətin Hisa-i-Duvumi Pəncşir rayonunun cənub-şərqində məskunlaşıblar.[5]
Rayonlar
redaktəPəncşir vilayəti inzibati cəhətdən Salang, Pəncşir, Hisa-i-Duvumi Pəncşir və Hisa-i-Avali Pəncşir rayonlarına bölünür.[5]
İstinadlar
redaktə- ↑ http://nsia.gov.af:8080/wp-content/uploads/2022/06/Estimated-1401-010_compressed.pdf.
- ↑ "Islamic Republic of Afghanistan Central Statistics Organization". 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.
- ↑ "Administrative Divisions of Countries ("Statoids"): Afghanistan". 2006-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.
- ↑ "Find Out All About Panjshir". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.
- ↑ 1 2 3 4 5 6 7 "Program for Culture & Confilict Studies". 2015-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.