Puste Melik Aslanova - Wikipedia
Püstə_Məlik-Aslanova - Haqqında Məlumat
Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova (az. Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova; 2 fevral 1926, Qaryagin, Azərbaycan SSR, ZSFSR, SSRİ – 2001, Bakı, Azərbaycan Respublikası) — Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (02.11.2000)[1]
Püstə xanım Məlik-Aslanova | |
---|---|
Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova | |
Doğum tarixi | |
Doğum yeri | Qaryagin, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan Respublikası |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Kamal |
Uşağı | Sənan |
Atası | Süleyman bəy |
Anası | Xurşud xanım |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu |
Mükafatları |
Həyatı
redaktəPüstə xanım 2 fevral 1926-cı ildə Qaryagində (indiki Füzuli şəhəri) anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir.
1949-cu ildə Azərbaycan Dövlət Tibb institutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib.
1951–1953-ci illərdə Onkologiya İnstitutunun aspiranturasında oxuyub.
Fəaliyyəti
redaktə- 1954-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
- 1970-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
- 1957– 2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Püstə xanım Azərbaycanda yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir.
- 1984-cü ildə professor elmi adına layiq görülmüşdür.
- Püstə xanımın fəal iştirakı ilə təşkil olunmuş traxomanın laborator diaqnostikanın xidməti bu ağır göz xəstəliyinin respublikada tam ləğv olunmasını mümkün etmişdir. Onun səyləri nəticəsində institutda tətbiq edilmiş histokimyəvi üsullar, elektron, lyuminessent və polyarizasiyon mikroskoplarla aparılan müayinələr görmə üzvünün xəstəliklərinin morfoloji diaqnostika prinsiplərinin işləməsinə qiymətli əmanət olmuşdur və görmə üzvünün yenitörəmələrinin morfoloji diaqnostikası işində də böyük xidmətlərə malikdir.
- Məlik-Aslanovanın 150-dən artıq elmi əsər, 2 monoqrafiya çap etdirmişdir, 2 doktorluq və bir çox namizədlik dissertasiyalarının rəhbərliyində iştirak etmişdir.
Ailəsi
redaktə- Həyat yoldaşı: Kamal Kərimzadə (1921 – ?)
- Övladı: Sənan
Mükafatları
redaktəAzərbaycan Respublikasının əməkdar elm xadimi — 02.11.2000
Həmçinin bax
redaktəMənbələr
redaktə- N.A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, "Səda", Bakı, 2001, səh. 30 ISBN 5-86871-204-4
- E.E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 168 ISBN 9952-25-001-0