Oyuncaq - Wikipedia
Oynamaq üçün istifadə oluna bilən hər bir əşya oyuncaqdır. Ümumiyyətlə, oyuncaqlar uşaqlar və ev heyvanları ilə bağlıdır. Oyuncaqlarla oynamaq çox vaxt ən xoşagələn əyləncə növü sayılır. Hər yaşda olan uşaqlara görə oyuncaqların daha əyləncəli olması üçün müxtəlif materiallardan istifadə olunur. Oyuncaq kimi düzəldilən əşyalardan əlavə digər məqsədlər üçün hazırlanmış vəsaitlər də oyuncaq kimi işlədilir. Məsələn, körpə uşaq hər hansı bir ev əşyasını götürərək təyyarə sanıb havada uçura bilər. Digər bir yanaşmada, interaktiv rəqəmsal əyləncə sayılan videooyunlar da oyuncaq növlərinə aid edilir. Bəzi oyuncaqlar isə əsasən, oyun üçün yox məhz kolleksiyada nümayiş olunmaq üçün istehsal olunur.
Oyuncağın tarixi qədimdir. İnsan, heyvan, əsgər və digər fiqurlu oyuncaqlar arxeolojı qazıntılar zamanı belə aşkar olunub. Oyuncaq sözünün mənşəyi məlum deyil, belə fərz olunur ki, bu söz ilk dəfə XIV əsrdə istifadə olunub.
Böyümə prosesində ətraf mühitin dərk olunmasında oyuncaqların, ümumiyyətlə oyunun vacib rolu var. Oyuncaqlar uşaqların həyatdakı oxşarlıqları aşkarlamasına, daha sağlam böyüməsinə, səbəb nəticə əlaqəsinin, münasibətlərin dərk olunmasına və gələcəkdə onlara lazım olacaq bacarıqlara yiyələnməsinə kömək edir.
Tarixi
redaktəKiçikyaşlı insanların tapdıqları hər növ əşyalarla o cümlədən şam ağacı qozası və daş parçaları ilə oynaması qeyd olunur. Oyuncaqların ilkin növləri qədim sivilizasiya məskənlərində aşkar olunub. Bu haqda yazılara ən qədim ədəbiyyatda da rast gəlinir. Qədim hindu sivilizasiyasına aid ərazilərdən qazıntılar nəticəsində aşkar olunmuş kiçik arabalar, quş şəkilli fitlər, kəndirdən sallana bilən oyuncaq meymunları misal göstərmək kifayətdir.
İlk oyuncaqlar təbii materiallardan, daş, ağac və gildən hazırlanırdı. Min illər əvvəl, misirli uşaqlar daş, saxsı və ya agacdan düzəldilən hərəkət edən üzvləri və süni saçlı gəlinciklərlə oynamışlar. Qədim Yunanistanda və Romada isə uşaqlar mum, gil-torpaq, ox və yaydan hazırlanan oyuncaq gəlinciklərlə oynayırdılar.Qədim Yunanıstanda qız uşaqlarının öz uşaqlıq oyuncaqlarını Allaha qurban vermək kimi adətləri var idi. Belə ki toyu ərəfəsində 14 yaşlı qızlar öz gəlinciklərini məbədə təqdim edərdilər bu isə o vaxtlar yeniyetməliyə keçid mərasimi sayılırmış.
Texnologiya və eləcə də cəmiyyət inkişaf etdikcə oyuncaqlar da dəyişdi. Qədim oyuncaqlar daş, ağac və otdan düzəldiyi halda artıq müasir oyuncaqlar daha çox plastik, parça və sintetik materiallardan hazırlanır və batareyaların köməyilə hərəkətə gətirilir. İlk oyuncaqlar adətən həmin oyuncaqları istifadə edən uşaqların valideynləri və ya ailəsi tərəfindən ya özləri tərəfindən düzəldilirdi. Müasir oyuncaqlar isə əksinə kütləvi şəkildə istehasal olunur və bazarlarda satılır.
Oyuncaqların quruluşunda baş vermiş bu dəyişiklikləri daha aydın gəlinciklərdə müşahidə etmək olar. İlk sadə gəlinciklər ağac oymalardan və otdan olan hörmələrdən ibarət idi. Qədim misir gəlinciklərin əl ayağı bəzən elə bərkidilirdi ki onlar rahat şəkildə tərpənirdi. Lakin,20-ci əsrin əvvəllərində ana deyən gəlinciklər meydana çıxdı. Bu gün artıq kompüterləşmiş gəlinciklər mövcuddur hansı ki, öz sahibinin səsini, müxtəlif əşyaları tanıya bilir və qabaqcadan proqramlaşdırılmış ifadələrlə cavab verə bilir. Oyuncaqların hazırlandığı materiallar, onların edə biləcəkləri dəyişsə də bir fakt dəyişməz olaraq qalır ki, uşaqlar hər zaman oyuncaqlarla oynayırlar.
Uşağın inkişafı
redaktəOyunlar kimi oyuncaqlar da insanlar və həmçinin heyvanlar üçün bir çox məqsədlərə xidmət edir. Onlar əyləncəli təlim rolunu daşıyırlar. Oyuncaqlar oxşar davranış hərəkətlərini artırır və yaradıcılq qabiliyyətini stimullaşdırır. Onlar eyni zamanda gələcək həyatda vacib olan fiziki və əqli bacarıqların inkişafına kömək edir.
Ən sadə oyuncaqlardan sayılan taxtadan kiçik kötük dəsti əqlin inkişafı üçün ən yaxşı oyuncaqdır. Andrew Uitkin,Meqa Brends şirkətinin marketinq direktoru Investor's "Business Daily"qəzetinə verdiyi müsahibədə deyir:" Bu oyuncaqlar uşaqlarda əllə gözün əlaqələndirilməsinə, riyazi və elmi bacarıqların inkişafına kömək edir və uşaqların yaradıcı olmasına yol açır". Digər oyuncaqlar eləcə də kürəciklər, toplar uşaqlarda eyni funksiyalara xidmət edir, onların məkan, səbəb nəticə əlaqələrini o cümlədən cənab Witkinin qeyd etdiyi bacarıqları öyrənməsində ağıl və bədənlərindən istifadə etməsinə imkan verir.
Azyaşlı uşaqlar üçün hazırlanan oyuncaqlarda səciyyəvi səslərdən, parlaq rənglərdən və xüsusi parça çeşidlərindən istifadə olunur. Oyuncaqlarla oynayarkən uşaqlar forma və rəngləri tanımağa başlayırlar. Təkrar-təkrar eyni oyuncaqlarla oynama uşaqların yaddaşını gücləndirir.
Məktəbyaşli uşaqlar üçün təlim oyuncaqları adətən puzzle, başsındıran məsələlərdən ibarət olur. Daha yaşlı nəsil üçün məsələn yeniyetmələr üçün olan oyuncaqlar daha geniş məzmuna malik olur.
Gender (Cins)
redaktəMüəyyən oyuncaqlar, məs. Barbie gəlincikləri və oyuncaq əsgərlər qəbul olunduğu ki, bu vəya digər cinsdən olan uşaqlara alınır. Araşdırmalar onu da sübut edir ki,18 aylığından uşaqlarda cinsindən asılı olaraq oyuncaqlara maraq oyanır. Uşağın qarşı cins üçün nəzərdə tutulmuş oyuncaqla oynaması bəzən valideynlərdə və yoldaşlarında mənfi fikrin yaranması ilə nəticələnir. Son illərdə əsasən, qərb ölkələrində oğlan uşaqlarının qız oyuncaqları ilə oynamasına yaxşı baxılmasa da, qız uşaqlarının oğlan oyuncaqları ilə oynamasına bir o qədər də pis baxılmır.
Oyuncaq iqtisadiyyatı
redaktəOyuncaqların insan həyatında belə geniş və mühüm yer tutması oyuncaq sənayesinin də əhəmiyyətli iqtisadi təsirindən danışmağa əsas verir. Oyuncaqların satışı bayram ərəfələrində daha da artir bu da hədiyyə vermək ənənəsi ilə bağlıdır. Belə bayramlara Milad, Pasxa, Müqəddəs Nikolas Günü və s. aid etmək olar.
2005-ci ildə Birləşmiş Ştatlarda oyuncaqdan gələn gəlir 22.9 milyon dollara çatmışdır. ABŞda 8–12 yaş arası uşaqlara illik xərclənən pulun miqadarı təxminən 221 milyon dollara bərabərdir.
Oyuncaq yaradıcıları oyuncaqları uşaqların dəyişən təlabatlarına uyğun yaratmağa səy göstərirlər, bununla da real bazarda geniş yer tuturlar. Son illərdə bir çox oyuncaqlar daha mürəkkəb yanib sönən işıq və səs effektləri ilə hazirlanır ki, bu da televizor və internet qabağında böyüyən uşaqları daha çox cəlb etməyə xidmət edir.
Dəyər vergisini azaltmaq məqsədilə əksər oyuncaq istehsalçıları öz fabriklərinı əmək haqları az olan ərazilərdə yerləşdirirlər. Misal üçün, ABŞda satılan oyuncaqların 75%i Çində istehsal olunur. Enerji sərfiyyatı, xam malın idxalı, istehsala cəlb olunan əmək, istehsalatın həyata keçdiyi fabriklərin yerləşdiyi ərazilər və s. kimi məsələlər ixracçı ölkənin oyuncaq sənayesinə böyük təsir göstərir.
Oyuncaq növləri
redaktəPuzzle növü
redaktəYunan filosofu Platon vaxtilə yazmışdır ki, gələcəyin memarı uşaq ikən ev tikməlidir. Konstruksiya(qurğu) dəsti maketlər yaratmaq üçün ayrı-ayrı birləşdirilə bilən hissələrin kolleksiyasıdır. Məşhur maketlərə maşın,kosmik gəmi və ev maketlərini aid etmək olar. Düzəldilən maketlər bəzən oyuncaq kimi işlədilir amma ümumilikdə götürdükdə məqsəd öz dizaynina uyğun nəsə quraşdırmaqdır, və köhnə maketi söküb yenidən həmin hissələrdən yeni maketlər hazırlamaqdır.
Ən qədim bəlkə də ən adi konstruktor növü taxtadan hazırlanmış kötük formalı oyuncaqlardır ki, adətən bunlar parlaq rənglərlə boyanrdı və iməkləyən körpələrə oynamaq üçün verilirdi. Lego və Lincoln Logs kimi konstruktor(qurğu) dəstləri bir qədər böyük uşaqlar üçün dizayn olunur və keçən əsrdə kifayət qədər məşhurluq əldə etmişdir. Qurğu dəstləri əsasən əlləri ilə oynamağı, baş sındırmağı və təxəyyüllü oyunları xoşlayan uşaqları(və böyükləri)cəlb edir.
Qurğu oyuncaqlarına Bayko, Konstruk-Tubes, K'NEX, Erector Sets, Tinkertoys, and Meccano, və Neodymium maqnit oyuncaqları daxil edilir.
Gəlincik insan(körpə)formasında bir oyuncaqdır. Müasir gəlinciklər çox vaxt parça və ya plastikdən hazırlanır. Oyuncaq istehsalında istifadə olunan digər materillara buğda kəpəyi, sümük, daş, taxta, farfor(çini məmulat) mum daxildir. İnsanlar əl altında olan materillardan da gəlincik hazırlayırlar.
Bəzən gəlinciklər bəzək, yadigar bir əşya, kolleksiya üçün nəzərdə tutulur, əksəriyyəti isə adətən qızların oynaması üçün nəzərdə tutulur. Gəlinciklər b.e.ə 2000-ci ilə aid misir məzarlıqlarında belə tapılmışdır.
Gəlinciklər adətən kiçik formalı olurlar lakin balaca gəlinciklər həqiqi ölçü və çəkiyə də malik ola bilər. İçi doldurulmuş yumşaq heyvan formalı oyuncaqlar xovlu məxməri oyuncaq və ya plüş adlanır. Buna məşhur oyuncaq Ayını misal göstərmək olar. Oyuncaq əsgərlər əsrlər boyu popyular olub, belə ki bu növ oyuncaqlar uşaqlara çox hallarda oyuncaqlardan ibarət bütöv hərbi təchizatla döyüşü canlandırmağa imkan yaradır. Kiçildilmiş heyvan fiqurları da geniş yayılmışdır, bu növ oyuncaqlarla isə uşaqlar heyvanları və fermanı canlandırırlar.
Oyuncaq Nəqliyyat vasitələri
redaktəOyuncaq qayıq
Uşaqlar qədim zamanlardan bəri qədim yunan vazasında təsvir olunmuş iki təkərli araba kimi nəqliyyat vasitələrinin kiçildilmiş formalı oyuncaqları ilə oynayıblar. Bunların müasir ekvivalentinə Matchbox yaxud Hot Wheels tərəfindən istehsal olunan oyuncaq maşınları, kiçildilmiş təyyarə, qayıq, hərbi maşınları və qatarları misal çəkmək olar. Geniş sayda oyuncaq qatar qurğuları Lionel, Doepke və Hornby şirkətləri tərəfindən sənayeləşdirilir. Sadalanan bütün maşınların istehsalında xüsusilə detalların dəqiq hazırlanmasına böyük diqqət yetirilir.
Puzzle (başsındıran bağlama)
Puzzle ele bir tapmaca oyuncaq növüdür ki, buna bacarıq və fərasət lazımdır. Puzzle-tapmacanı həll etmək üçün isə gərək nümunəni düzgün yadda saxlayıb xüsusi ardıcıllıqla yığasan. İnduktiv düşünmə qabiliyyəti olan insanlar puzzle həll etməkdə daha bacarıqlıdırlar. Tapmacalar tez kəşf və aşkar etmək səriştəsinə əsaslandığına görə yaxşı nəticə çıxara bilən insanlar onları daha cəld həll edə bilirlər. Tapmacaların da tarixi çox min illiklər əvvələ gedib çıxır.
Puzzle-tapmacaların müxtəlif tipləri var məs. labirint tipli puzzle səyahət xarakteri daşıyır, digərlərinə quraşdırma puzzle, çubuqlu, kaşı, transport, sürüşkən, şəkil, qıfıl, məntiqi, mexaniki və s. puzzle-lari nümunə gətirmək olar.
Mexaniki puzzle-ın tarixi
redaktəƏn qədim dövrlərdən tanınan mexaniki puzzle Yunanıstandan gəlib və b.e.ə.3-cü əsrdə meydana çıxmışdır. Oyuncaq 14 hissədən ibarət olan dördbucaqdır; məqsəd bu hissələrdən fərqli formalar yaratmaqdır. Qıfıl-tapmacalar isə eramızın 17-ci əsrində İranda hazırlanmışdır.1742-ci ildə Yaponiyada bir kitabda "Sei Shona-gon Chie No-Ita" adlı oyun haqda qeyd vardır. Təxminən 1800-cü ildə Çində yaranmış Tangram(hərfi tərc. 7 yastı löhvəcik) puzzle məşhurlaşır və 20 il sonra Avropa və Amerikada da geniş yayılır. Daha sonralar Rudolştadt şəhərində Rixter adlı şirkət geniş sayda tangrama oxşar Anker-puzzle adlı başsındıran tapmacalar istehsal etməyə başlayırlar.
Puzzle daha çox 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində dəbli oyuna çevrilmişdir. İlk orijinal puzzle bu vaxt qeydə alınmışdır.1893-cü ildə professor Hoffman "Yeni və köhnə puzzle-lar" adlı kitab yazdı. Başqa məlumatlarla yanaşı, kitab 40-dan çox tapmacanın-puzzle-in sirli açması ilə təsvirini əks etdirirdi. Bu kitab puzzle oyunlarının istinad mənbəyinə çevrildi və maraqlananlar üçün müasir nüsxələri mövcuddur.
Asan formaya salına bilən materilların ixtirası məs.plastikin ixtirası ilə əlaqədar silsilə puzzle növləri meydana çıxdı. Təsadüfi deyil ki,Rubik Kubu dünyaca ən məşhur puzzle-dır.
Fiziki hərəkət
redaktəÇoxlu oyuncaqlar var ki, aktiv oyunun bir hissəsidir. Bura ənənəvi oyun alətləri halqa, tullanmaq üçün kəndir və topu daxil etmək olar. Bu tip oyun alətləri ilə oynamaq uşaqalara məşq etməyə, möhkəm sümük və əzələlərin formalaşmağına yardım edir. Topu atıb tutmaq əllərlə gözün əlaqəsini inkişaf etdirir, eləcə də kəndirlə atılıb düşmək müvazinəti tarazlaşdırır.
Təhlükəsizlik qaydaları
redaktəBir çox ölkələr satış üçün yararlı oyuncaqları müəyyənləşdirən təhlükəsizlik standartlarını qəbul etmişlər. Bu standartlar mümkün olan təhlükələrdən məs. boğulma və ya yanğın təhlükəsindən yayınmanın yollarını təyin edir. Uşaqlar xüsusən də azyaşlılar oynadıqları oyuncaqları cox hallarda ağızlarına soxurlar beləliklə də oyuncaqların hazırlandığı materiallar uşaqların zəhərlənməsinə səbəb olmamalıdır. Materiallar həmçinin yanğın təhlükəsindən də uzaq olmalıdır. Uşaqlar nəyin təhlükəli nəyin təhlükəsiz olduğunu mühakimə etmək iqtidarında deyillər, heç də valideynlər də həmişə belə şeylərə diqqət yetirmirlər. Ona görə də oyuncaqların üstündə təhlükəsizklik qaydalarının olması vacibdir.
Bir neçə böyük ölkələr məhsullarını satışa çıxarmazdan əvvəl test edirlər ki, sonradan ağır nəticələrə gətirib çıxarmasın. Bu yaxınlarda belə bir hal ABŞ-nin Çində istehsal olunan və göstərişlərə cavab verməyən məhsullarının geri qaytarılması ilə nəticələnmişdir.
Heyvanların oyuncaqlardan istifadəsi
redaktəBəzi heyvanların oyuncaqlarla oynaması heç də qeyri adi deyil. Buna nümunə tullanaraq topa başla zərbə vuran delfinlərin adını çəkmək olar. Gənc şimpanzelər isə xüsusilə dişilər əl ağacı ilə gəlincik kimi rəftar edir onu öz yuvalarına aparib qoyurlar. Bu hal bəzi yaşlı şimpanzelərdə də müşahidə olunur, maraqlısı odur ki, bunu onların yalnız ana olmamışdan qabaq hərəkətlərində görmək olur.