Ovnatan Ovnatanyan - Wikipedia
Ovnatan Ovnatanyan (erm. Հովնաթան Հովնաթանյան; 1730-cu illər[1], Şurud[1] – 1801[1], Tiflis[1]) — erməni rəssamı, Akop Ovnatanyanın oğlu, II İraklinin saray rəssamı.
Ovnatan Ovnatanyan | |
---|---|
Doğum tarixi | 1730-cu illər[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1801[1] |
Vəfat yeri | |
Atası | Akop Ovnatanyan (böyük)[1] |
Fəaliyyəti | rəssam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1730-cu ildə Üçkilsədə irsi erməni sənətkarı ailəsində anadan olmuşdur. Ovnatan Ovnatanyan Akop Ovnatanyanın oğlu idi. O, II İraklinin saray rəssamı kimi çalışmışdır. 1782–1786-cı illərdə tələbələri ilə birlikdə Üçkilsədə kafedralının 1721-ci ildə babası Hövnətan Naqaşın çəkdiyi rəsm əsərini bərpa edib tamamlamışdır. O, həmçinin oğlu Mkrtum tərəfindən tamamlanan Noraşen kilsəsinin rəsmlərinin müəllifidir. Bu rəsmlərin mövzusu narıncı-qırmızı və mavi-bənövşəyi tonlarda hazırlanmış müxtəlif çiçək naxışlarıdır. O, bir sıra müqəddəslərin şəkillərini və İncil mövzularında kompozisiyaları icra etmişdir. Onlardan bəziləri indi Ermənistanın sənət qalereyasında saxlanılır.[2][3]
1801-ci ildə Tiflisdə vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ «Популярная художественная энциклопедия» 2-я книга, издательство «советская энциклопедия», 1986 г.
- ↑ М. Казарян «Художники Овнатаняны» Москва, 1969 г.