Ovculuq Xalcalari - Wikipedia
Ovçuluq xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Xalça | |
Ovçuluq xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Məktəbi | Təbriz xalçaçılıq məktəbi |
Ölkə | |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Təbriz xalçaçılıq məktəbi[1] |
Tarixi
redaktəSüjetli və mövzulu xalçaların toxunması qədim tarixə və çox zəngin ənənələrə malikdir. Bizim torpaqlarda sujetli xalçalar tarixən ölkənin cənubunda, Təbriz şəhərimizdə toxunub. Təbrizdə süjetli xalçaların istehsalının çoxalması XVI yüzilliyə təsadüf edir. Elə Təbriz Miniatur məktəbinin inkişaf dövrü də məhz bu dövrə aiddir. Tərixi araşdırmalar göstərir ki, bu məktəbin rəssamları miniatür rəngkarlığı ilə yanaşı həm də dekorativ sənətin bir çox növləri (bədii parça, memarlıq ornamentləri, zərgərlik nümunələri və s.) üçün eskiz və cizgilər hazırlayıblar Həmin rəssamlar eyni zamanda çox dəyərli, bədii xalçalar üçün bəzək və rəsmlər, müxtəlif ov, savaş, eşq və məhəbbət, saray həyatına həsr olunmuş kompozisiyalar da yaradırdılar. Süjetli xalçalar başlıca olaraq şəkil kimi divardan asılmaqdan ötrü toxunurdu. Onların toxunmasında yüksək keyfiyyətli yun, zərif iplik istifadə edilirdi. Yüksək sıxlıq və zərif xov bu xalçaları fərqləndirən əsas amillərdən idi
Sujetli xalçalara o zamanlar həm də "Ovçuluq" xalçaları deyilirdi. Səbəbi isə sadə idi. Çünki bu tip xalçalara köçürülən əsas səhnələrin çox ov səhnələri idi. Ovçuluq xalçaları təkcə Cənubi Azərbaycanda deyil, həm də Şimali Azərbaycanın bir çox yerlərində toxunurdu. Xüsusilə də Şirvanda toxunan ovçuluq xalçaları. Bu xalçaları sadə və eyni zamanda canlılığı ilə bugünkü rəsm tablolarını xatırladır.
Qarabağda toxunan ov mövzulu xalçaların da özünəməxsus xüsusiyyətləri mövcud idi. Bu xalçalarda üfüqi simmetrik kompozisiyalar bədii tərtibatın əsasını təşkil edirdi. Bu cür kompozisiyaların kökləri ulu keçmişlərdə müxtəlif materiallarda icra olunan ov səhnələri və süjetlərə aparıb çıxarırdı.[2]
Dünya mədəniyyətinin inkişafına təsiri
redaktəAzərbaycan xalçalarının dünya mədəniyyətinin inkişafına təsiri çox olmuşdur. Azərbaycan xalçaları dünyanın məşhur rəssamlarının tablolarında, səyyahların əsərlərində təsvir olunmuş, gözəlliyi ilə hamını heyran qoymuşdur. Azərbaycan xalçaları zərif və parlaq yunu, yüksək keyfiyyəti, rəngarəngliyi, ecazkar naxışları ilə hələ orta əsrlərdən dünya miqyasında şöhrət tapmışdır. Artıq XIX əsrdə beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan xalçaları öz zərifliyi ilə diqqəti cəlb etmişdir. İndi də Azərbaycan xalçalarının sorağı dünya muzeylərindən gəlir. Azərbaycan xalçaları dünyanın bir çox məşhur muzeylərində nadir sənət nümunəsi kimi saxlanılmaqdadır. Məsələn, Təbrizdə toxunmuş "Şeyx Səfi" xalçası Londonun "Viktoriya və Albert", Qarabağda "Qoca", Şirvanda "Şamaxı", Təbrizdə toxunmuş "Ovçuluq" xalçaları Nyu York şəhərinin "Metropoliten", XIII – XVIII əsrlərdə toxunan müxtəlif xalçalar İstanbulun "Türk – islam eserleri muzesi", Bakının "Xiləbuta" çeşnili sürməyi yerli xalçası Moskvanın Dövlət Tarix Muzeyində və digər muzeylərdə nümayiş etdirilir. Bunlarla yanaşı xalqımıza məxsus olan qədim və qiymətli xalçalar öz muzeylərimizdə də qorunur. Eyni zamanda "Pirəbədil", "Şahnəzərli", "Qollu Çiçi", "Qımıl", "Bico", "Xilə – Əfşan", "Xətai" kimi xalçalar Şirvanşahlar Sarayında qorunub saxlanılır. Və zaman – zaman təşkil edilən sərgilərdə nümayiş etdirilir. Bununla da yaranışından xalqımızın özü qədər qədim olan xalçaçılığımız – maddi – mənəvi sərvətimiz həm ölkəmizə gələn turistlərə, həm də gənc nəsillərimizə təbliğ edilir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Muranov V., Gasimoova D. Azerbaijani Carpets Tabriz Group (ing.). 2013. P. 10, 12–13.
- ↑ "Sujetli xalçalar". www.pakxalca.az (az.). 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
- ↑ "Azərbaycan xalçaları: Milli və bəşəri dəyər kimi". www.turkqadini.com/az (az.). 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.