Osmanli Yunanistani - Wikipedia
Osmanlı Yunanıstanı və ya Türkokratiya (yun. Τουρκοκρατία, mənası – Türklərin hakimiyyəti)[1] — Yunanıstan tarixində 1453-cü ildə Osmanlı tərəfindən Konstantinopol şəhərinin fəth edilməsi ilə başlayan və 1821-ci ildə Yunanıstan İstiqlaliyyət müharibəsinə qədər davam edən dövr. Müasir Yunanıstan bu dövrdə Osmanlı imperiyasının bir hissəsi idi.
Tarixi
redaktəQədim Romanın varisi olan Bizans imperiyası IV əsrdən bəri yunandilli əhalinin yaşadıqları ərazilərdə hökmranlıq edirdi. 1204-cü ildə Dördüncü Səlib yürüşünün nəticəsində imperiya tədricən zəifləməyə başlamışdı. Növbəti illərdə qüdrətlənən Osmanlı türklərinin Serbiyanı fəth etmələri ilə Konstantinopol şəhərinə yolları açılmışdı. 1453-cü ildə Fateh Sultan Mehmedin rəhbərliyindəki Osmanlı ordusu şəhəri fəth etmiş, daha sonra 1458-ci ildə Afinanı ələ keçirərək yunan əhalisinin yaşadıqları bölgələri öz əllərinə almağa başladılar. Osmanlının Peloponnes yarımadası uğrunda mübarizəsi 1460-cı ilə qədər davam etmiş, lakin bu dövrdə Venesiya və Genuya bir neçə yunan adasında hakimiyyət sürürdü. Buna baxmayaraq, 1500-cü ildə Yunanistanın və adaların əksəriyyəti Osmanlı nəzarətində idi. Bundan sonra Osmanlı 1571-ci ildə Kipri, 1669-cu ildə isə Krit adasını fəth etmişdir.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Bruce Merry, Encyclopedia of Modern Greek Literature, oTurkocracy, p. 442". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-21.
Ədəbiyyat
redaktə- Finkel, Caroline. Osman's Dream: The Story of the Ottoman Empire, 1300-1923. New York: Basic Books, 2005. ISBN 978-0-465-02396-7.
- Hobsbawm, Eric John. The Age of Revolution. New American Library, 1962. ISBN 0-451-62720-2.
- Jelavich, Barbara. History of the Balkans, 18th and 19th Centuries. New York: Cambridge University Press, 1983. ISBN 0-521-27458-3.
- Paroulakis, Peter H. The Greek War of Independence. Hellenic International Press, 1984.
- Shaw, Stanford. History of the Ottoman Empire and Modern Turkey: Volume I. Cambridge: Cambridge University Press, 1977.
- Vacalopoulos, Apostolis. The Greek Nation, 1453–1669. Rutgers University Press, 1976.