Osman Ehmedoglu - Wikipedia
Osman Əhmədoğlu (digər adları: "Osman Keşəli", "Osman Əfəndi", "Dərviş Osman"; 1948, Keşəli, Marneuli rayonu – 18 mart 2020) — Gürcüstanın şair-publisisti, ictimai xadimi, Gürcüstan Aşıqlar Birliyinin sədri.[1]
Osman Əhmədoğlu | |
---|---|
Doğum tarixi | 1948 |
Doğum yeri | |
Vəfat tarixi | 18 mart 2020 |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | şair |
Üzvlüyü |
Həyatı
redaktəOsman Əhmədoğlu 1948-ci ildə Marneuli rayonunun Keşəli kəndində anadan olub. Doğma kəndində 8 illik, qonşu Kəpənəkçi kəndində orta məktəbi bitirib.
Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1968-1973). 10 il doğma Keşəli kənd orta məktəbində müəllim işləmiş, Borçalı rayon mədəniyyət şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Gürcüstan Aşıqlar Birliyinin sədridir.
18 mart 2020-ci ildə vəfat etmişdir.[2]
Yaradıcılığı
redaktəBədii yaradıcılığa erkən başlamışdır. İlk şeri məktəbli ikən rayon qəzetində çıxmışdır. "Gürcüstan", "Azərbaycan gəncləri", "Şərq qapısı" və s. qəzetlərdə, "Çeşmə", "Dan ulduzu" almanaxlarında, "Azərbaycan" jurnalında şerləri və publisist yazıları dərc olunmuşdur. Onun şer, poema və məqalələri dövri mətbuatda "Osman Keşəli", "Osman Əfəndi", "Dərviş Osman" imzalan ilə verilmişdi. Son illər "Osman Əhmədoğlu" imzası ilə çıxış etmişdir. "Borçalıda yanan ocaq" adlı ilk şerlər kitabı 1989-cu ildə "Yazıçı" nəşriyyatında çıxmışdır.
Kitabları
redaktə- “Borçalıda ocaq yanır” (şeirlər), Bakı, “Yazıçı” nəşriyyatı, 1989
İstinadlar
redaktə- ↑ Güllü Tomarova, "Aşıq Nargilə" — qafqazmedia.az, 03.06.2015,[ölü keçid]
- ↑ "Dərviş Osman Əhmədoğlu vəfat edib". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |