Oruc Zalov - Wikipedia
Oruc İbrahim oğlu Zalov (7 dekabr 1952, Naxçıvan) — Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı.
Oruc Zalov | |
---|---|
22 fevral 1998 – 17 dekabr 2022 | |
Nazir | Ramil Usubov Vilayət Eyvazov |
Sonrakı | Oqtay Kərimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 dekabr 1952 (72 yaş) |
Doğum yeri | |
Rütbəsi |
Polis general-leytenantı |
|
|
Təltifləri |
Həyatı
redaktəZalov Oruc İbrahim oğlu 1952-ci il dekabrın 7-də Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1979-cu ildən daxili işlər orqanlarında xidmət etmişdir. 1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995–1998-ci illər Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir.
Ailəlidir. Üç övladı var.[1]
Təltifləri
redaktəCinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
- Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
- 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (8 dekabr 2022)[2]
İstinadlar
redaktə- ↑ http://www.adam.az/az.php?subaction=showfull&id=1206643515&archive=[ölü keçid]
- ↑ "O.İ.Zalovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.