Oqtay Recebov - Wikipedia
Oqtay Məmmədağa oğlu Rəcəbov (5 aprel 1941, Bakı – 15 dekabr 2022) — Azərbaycan bəstəkarı, pedaqoji elmlər doktoru, professor (1995)[1], Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019), Azərbaycan SSR əməkdar müəllimi (1987).
Oqtay Rəcəbov | |
---|---|
Doğum tarixi | 5 aprel 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 15 dekabr 2022 (81 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | |
Elmi adları | |
Mükafatları |
|
Həyatı
redaktəOqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb (1958–1963). Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib (1969). 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.
Ü. Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professorudur. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.
O. Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub. Onun uşaq mahnıları, əsasən vətənpərvərlik, Flora və fauna, rəqəmlər və vurma cədvəli kimi mövzuları əhatə edib.
Oqtay Rəcəbov 2022-ci ilin dekabrın 15-i vəfat edib.[2]
Mükafatları
redaktə- "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 17 sentyabr 2019[3]
- "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 21 may 1987
- Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1982
- "Tərəqqi" medalı — 26 dekabr 2006
Əsərləri
redaktə- Operalar
- "Göyçək Fatma"-cizgi film-opera (1992)- Azərbaycan xalq nağılı əsasında
- "Xeyir və Şər" uşaq operası (1994) — N. Gəncəvinin əsəri əsasında
- "Sərçəcik" uşaq operası (2012) — Libretto müəllifi Sevinc Nuruqızı
- "Atatürk" operası (2016) — Libretto müəllifləri Akif Abbasov, Babək Abbaszadə[4]
- Musiqili komediyalar, tamaşalar
- "Əlin cibində olsun" (2001) — libretto müəllifi Aqşin Babayev
- "Şeytanın yubileyi" — libretto müəllifi Aqşin Babayev
- Simfonik əsərləri
- 4 saylı Simfoniya (1997)
- Simli orkestr üçün 5 saylı Simfoniya (1998);
- Məqalə və kitablar
- Musiqi və mənəvi tərbiyə. Monoqrafiya. B., "Maarif", 1995.
- "Musiqi" — I sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998.
- "Musiqi" — II sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998.
- Dahilik fenomeni haqqında nə bilirik?"Musiqi dünyası" jurnalı, № 1, 1999.
Filmoqrafiya
redaktə- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-bəstəkar, dirijor
- Azərbaycan SSR (film, 1973)
- Cavad Heyət varlığı (film, 2002)
- Göyçək Fatma (film, 1988)
- Hər şey yaxşılığa doğru
- Həsən Əbluc (film, 1999)
- Humayın yuxusu (film, 1985)
- Kəndimizin qəhrəmanı (film, 1971)
- Qız, oğlan və şir (film, 1974)
- Tərsinə çevrilən dünya (film, 2011)
- Sehrlənmiş küpə (film, 1979)
- Səndən xəbərsiz (film, 1985)
- Sonrakı peşmançılıq (film, 1978)
- Surxay Əsgərov. Sehrli səs. Videoalbom (film, 1998)
- Şah və xidmətçi (film, 1976)
- Şahzadə-qara qızıl (film, 1974)
- Toplan və kölgəsi (film, 1977)
- Üç görüş
- "Vüsal günləri" teleserialı (Tehran, 1998)
Videolar
redaktə- "Şeytanın yubileyi" tamaşasını İZLƏ — sözləri: Aqşin Babayev
- İlhamə Quliyeva — Anam mehribanım Azərbaycanım — sözləri: Aqşin Babayev
- Zeynəb Xanlarova — Şirvan bayatıları — sözləri: xalq bayatıları
- "Sevil" vokal ansamblı — Bayatılar — sözləri: xalq bayatıları
- "Sevil" vokal ansamblı — Gözəlsən — sözləri: İbrahim Göyçaylı
- Flora Kəriova — Gözlərini od bilmişəm — sözləri: İbrahim Göyçaylı
- Flora Kərimova — Necə unudum səni? — sözləri: Zivər Ağayeva
- Flora Kərimova — Buludlar — sözləri: Hafiz Baxış
- Flora Kərimova — Ağla, qərənfil, ağla — sözləri: Məmməd Aslan
- Flora Kərimova — Səndən xəbərsiz — sözləri: Məmməd İsmayıl
- Flora Kərimova — Nə vaxta qədər
- Mirzə Babayeva — Şollar suyu mahnısı və rəqsi — rəqsin quruluşçusu Tahir Eynullayev
- Aynur İsgəndərli — Novruz gəldi — sözləri: Sevinc Nuriqızı
- Abbas Bağırov "Mübarəkdir toyunuz" — sözləri Sevinc Nuruqızı.
- Vüsalə Əsgər, Zaur Əmiraslanov "Sevgi valsı" — sözləri Sevinc Nuruqızı
Verilişlər
İstinadlar
redaktə- ↑ "Azərbaycan bəstəkarlar birliyi — Oqtay Rəcəbov". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-01.
- ↑ APA TV. "Bəstəkar Oqtay Rəcəbov vəfat edib" (az.). Youtube.com. 15.12.2022. 2022-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-15.
- ↑ President.az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-09-17. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ AzərTAc. "Görkəmli bəstəkarın son beş ildəki zəhmətinin bəhrəsi - "Atatürk" operası" (az.). Azertag.az. 24.11.2017. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-15.
Mənbə
redaktə- "Ə. Y. Seyidov, M. M. Mehdizadə və M. Ə. Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 437.
- "Görkəmli bəstəkar". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 180.
- Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 197.