Oqtay Memmedov General Mayor - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Oqtay İlyas oğlu Məmmədov (17 iyun 1963, Ermənistan SSR) — Azərbaycanlı general-mayor[1], Kürdəmir rayon Polis şöbəsinin rəisi (2013–2016).
Oqtay Məmmədov | |
---|---|
Oqtay İlyas oğlu Məmmədov | |
Doğum tarixi | 17 iyun 1963 (61 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Həyatı
redaktəOqtay Məmmədov 1963-cü il 17 iyun tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. 1986-cı ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1986–1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, iki övladı, beş nəvəsi var.
Fəaliyyəti
redaktə1986–2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır. 2006–2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləmişdir. 2013–2016-cı illərdə Kürdəmir rayon Polis şöbəsinin rəisi olmuşdur.[2] 2016-cı il 5 iyul tarixindən ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Cinayətkarlıqla mübarizədə fərqləndiyinə, habelə uzun illər ərzində qüsursuz xidmətinə görə daxili işlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür. Ədliyyə general-mayorudur.[3]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Oqtay İlyas oğlu Məmmədov". 24 Oct 2017 – 23 Sep 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
- ↑ "Oqtay Məmmədov Kürdəmirə yeni polis rəisi təyin edilib". 4 Sep 2015 – 14 Apr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
- ↑ "Prezident ədliyyə işçilərinə xüsusi rütbələr, fəxri adlar, orden və medallar verdi". 24 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.