Onuncu Sulale Misir - Wikipedia
X sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hömranlıq etmiş sülalələrdən biri[1].
Ümumi məlumat
redaktəQədim Misir sülaləri haqqında bir çox məlumat Manefonun yazılarından öyrənilir. Bir çox tədqiqatçılar IX və X sülaləni eyni bir nəsil olduğu bildirirlər. Bu nəsil vaxtilə Herakleopol monarxları oliblar. Herakleopol xanədanı təxminən 185 il padşahlıq etmişlər. X sülalə e.ə 2130–2040-cı illərdə fironluq etmişdir.
Turin siyahısında Herakleopollu 18 fironun adı çəkilir. Ancaq onlardan yarısını oxumaq mümkün deyil[2].
Arxeoloji tədqiqatlar X sülalənin bütün Misirdə hakim olmadığını göstərir. Beləki bu dövrdə Tebes monarxları güclənərək Aşağı Misiri özlərinə tabe edərək firon titulunu götürürlər. Nəticədə Herakleopol və Tebes sülalələri arasında mərkəzi hakimiyyət uğrunda mübarizə başlayır. XI sülalə adı ilə tanınan Tebes nəsli qalib gələrək Misiri birləşdirirlər.
Fironlar
redaktəTurin siyahısında adı çəkilən 18 firondan 14-ü X sülaləyə aid edilir:
Ad | Qeyd |
III Xeti | IX sülalədən VII Neferkaranın oğlu. Manefon onu III Axto adlandırır. Paytaxtı Herakleopoldan Memfisə köçürüb. |
Merikara | Tebes fironu II Mentuhotepin əsas rəqibi. |
VII Neferkara | Anxtifinin məzarlığında qeyd olunan Kaneferre ola bilər. |
Şed.. | Turin siyahısında adını tam oxumaq mümkün deyil. |
Xe | Turin siyahısında adını tam oxumaq mümkün deyil |
Nebkara Xeti | Turin siyahısında ina aid məlumat yoxdur. Təl əl-Ratabe yazılarında adını oxmaq olmur. |
İstinadlar
redaktə- ↑ Shaw, Ian, redaktorThe Oxford History of Ancient Egypt. Oxford University Press. 2000. səh. 480. ISBN 0-19-815034-2.
- ↑ Sir Alan Gardiner, Egypt of the Pharaohs, Oxford University Press, 1961, pp. 112–13.