Onun Adi Serafino Idi Film 1974 - Wikipedia
Onun_adı_Serafino_idi_(film,_1974) - Haqqında Məlumat
Onun adı Serafino idi | |
---|---|
Fayl:Onun adı Serafino idi (film, 1974).jpg | |
Janr |
bioqrafik müharibə |
Rejissor | Niyazi Bədəlov |
Ssenari müəllifi | Olqa Petrova |
Operator | Elxan Əliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1974 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1974 |
Texniki məlumatlar |
1 hissə 270 metr 35 mm |
Məzmun
redaktəİkinci Dünya müharibəsi illərində İtaliyada faşizmə qarşı mübarizə aparan Beynəlmiləl Müqavimət Hərəkatı briqadasında azərbaycanlılar da iştirak etmiş, igidlik və şücaət göstərmişlər. Bu film vətəndən uzaqlarda hitlerçilərə qarşı vuruşan Tahir İsayev haqqındadır. Döyüş yoldaşları Tahir İsayevi "Serafino" çağırırdılar. O, "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuşdur.
Göstərdiyi igidliklərə görə T.İsayev yeddi İtaliya ordeni ilə təltif olunmuşdur. Onların arasında "Yaşıl məşəl", "Antonio Qramşi" ordenləri, "Qaribaldi ulduzu" vardır.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Niyazi Bədəlov
- Ssenari müəllifi: Olqa Petrova
- Operator: Elxan Əliyev
- Səs operatoru: Şamil Kərimov
Mənbə
redaktə- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.