Ontologiya - Wikipedia
Ontologiya, və yaxud ontoloji prizma — varlıq haqqında təlim, fəlsəfənin bir bölməsi.
Obyektivizm cərəyanının nümayəndələrinə əsasən insanlar və onların təşkil etdiyi cəmiyyət təbiətin qanunları tərəfindən idarə olunur və öz hərəkətləri üzərində az dərəcədə hökmranlıqları var. Bu fikri nümunə ilə göstərərək daha da praktik və aydın dillə başa salmaq olar. Məsələn, bir primitiv qəbilədə və bir də inkişaf etmiş sivil cəmiyyətdə yenicə dünyaya gələn uşağı nümunə götürək. Qəbilədə dünyaya gələn uşaq elə mühitdə böyüdülür ki istər-istəməz yaşadığı qəbilənin həyat tərzini götürür və digərləri kimi primitiv həyat sürür. Sivil və inkişaf etmiş mühitdə böyüdülən uşaq isə cəmiyyətin digər nümayəndələri kimi daim inkişaf etməyə can atır, çalışır və həyat tərzini onların həyat tərzinə uyğunlaşdırır.