Onlayn Oyunlarda Sesli Sohbet - Wikipedia
Səsli söhbət — VoIP texnologiyaları vasitəsilə telekommunikasiya. Çoxnəfərli oyunlarda oyunçular arasında daxili əlaqə (ing. Intercom) vasitəsi kimi istifadə edilir. VoIP funksiyası bəzi oyunlarda sistemdəki kommunikasiya sistemi və ya üçüncü tərəf söhbət proqramı olaraq quraşdırıla bilər.
Tarixi
redaktəVideo oyunlarda səsli söhbət videooyun konsollarının altıncı nəslindən olan Seganın Dreamcast konsolu ilə başladı. Seaman və Alien Front Online Dreamcast daxil olmaqla bəzi oyunlar SegaNet-ə aktiv abunə olmağı tələb etməsinə baxmayaraq səsli söhbət funksiyasına daxil edilmişdir.[1]
2001-ci ildə Sony qulaqlıq ilə səsli söhbət etməyə imkan verən PlayStation 2 video oyun konsolu üçün Şəbəkə Adapterini buraxdı. 2002-ci ildə Microsoft səsli söhbət üçün dəstək funksiyası olan Xbox Live xidmətini istifadəyə verdi.[2] Daha sonra Microsoft bütün Xbox Live konsol oyun tərtibatçılarından səsli söhbət funksiyasını öz oyunlarına inteqrasiya etməyi tələb etdi və Xbox Live pərakəndə satış bölməsi ilə mikrofon və qulaqlıq satmağa başladı.[3] 2005-ci ildə Nintendo həm Nintendo DS, həm də Wii üçün onlayn multiplayer xidməti olan Nintendo Wi-Fi Connection-u yayımladı. 2006-cı ilin martında buraxılan Metroid Prime Hunters Nintendo DS-in mikrofonu vasitəsilə səsli söhbət etməyə imkan verən ilk oyun idi.[4] Nintendo həmçinin Pokémon Diamond və Pearl-ın buraxılışı ilə yanaşı səsli söhbət üçün Nintendo DS qulaqlıqlarını da buraxdı.[5]
2010-cu illər
redaktə2010-cu illərdən başlayaraq üçüncü tərəf proqramlar oyunların özünün VoIP xidmətlərinin olmasına baxmayaraq oyunçular arasında çox populyarlaşdı. Məşhur proqramlara Discord, Ventrilo, TeamSpeak, SONIX və Mumble daxildir.[6][7] Discord dəstəyi 2022-ci ildə Xbox Series X|S və Xbox One konsollarına əlavə edildi, dəstək 2023-cü ildə PlayStation 5-ə gələcək.[8]
Təsiri
redaktəSəsli söhbət konsol oyunlarında böyük hitə çevrilsə də, mərdimazarlıq, kiberzorakılıq, narahatlıq vermə və fırıldaqçılıq kimi problemlərə yol açır.[9][10]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Sega Launches Online Game Network". The New York Times (ingilis). 2000-09-05. ISSN 0362-4331. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
- ↑ Loguidice, Bill; Barton, Matt. Microsoft Xbox (2001) // Vintage Game Consoles: An Inside Look at Apple, Atari, Commodore, Nintendo, and the Greatest Gaming Platforms of All Time. Focal Press. 2014. səh. 305. ISBN 978-0-203-72831-4. OCLC 874011835. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-28 – Google Books vasitəsilə.
- ↑ Mulligan, Jessica; Patrovsky, Bridgette. Developing Online Games: An Insider's Guide. Indianapolis, IN: New Riders. 2003. 159. ISBN 1592730000.
- ↑ Greenwald, Will. "New DS features: voice chat and downloads". CNET (ingilis). 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
- ↑ Jenkins, David. "Pokemon Diamond/Pearl Gets VoIP Headset". Game Developer (ingilis). 2007-03-19. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
- ↑ Warren, Tom. "Discord voice chat is now available on Xbox consoles". The Verge (ingilis). 2022-09-13. 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
- ↑ "How to use Discord with Xbox". support.xbox.com. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
- ↑ "How to voice chat with Discord on PS5 consoles (US)". www.playstation.com. 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
- ↑ Adams, Ernest. Fundamentals of Game Design, Third Edition (ingilis). New Riders. 2013. ISBN 9780321929679.
- ↑ "Reclaim the game: Clamping down on bullying and harassment among your players". MCV (ingilis). October 7, 2016. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.