On Besinci Sulale Misir - Wikipedia
XV sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri. E.ə. XVII–XIV əsrlərdə hakimiyyətdə olmuşdur.
Ümumi məlumat
redaktəXV və XVI sülalənin əsasını Ərəbistan yarımadasının Fələstin bölgəsində yaşayan hiksoslar qoymuşdular[1].
Manefona görə hiksoslar Misirə hücum edərək Nil deltasını ələ keçirirlər (e.ə. 1675-ci il)[2]. Hiksos hökmdarları firon titulunu götürərək Misirdə hakimiyyətə gəlirlər[3]. Bu hadisə XIV sülalənin sonuna gətirib çıxardır.
Ancaq 2010–2011-ci illərdə Edfu şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində həm XV sülalə hökmdarı Xiana, həm də IV Sobekhotepə (XIII sülalədən olan firon) məxsus kartuşlu möhürlər aşkar edildi. Bu onu göstərir ki, XV sülalə artıq XIII sülalənin hakimiyyəti zamanı mövcud idi. Onlar artıq Aşağı Misirdə məskunlaşmışdır.
Hiksoslar öz təsirlərini bütün Nil sahilində yaya bilmədilər və yalnız Aşağı Misir onların fironlarına tabe oldu. Bu zaman Tebes şəhəri yerli hökmdarlar tərəfindən idarə olunurdu. XVII sülalənin əsasını qoyan Tebeslilər hiksosları Misirdən qovaraq ölkədə yerli xanədanların hakimiyyətini bərpa etmişlər.
Fironlar
redaktəTurin siyahısında 108 il hökmdarlıq etmiş 6 fironun adı çəkilir. Manefon isə XV sülaləyə aid 250 il taxtda olmuş 17 firondan bəhs edir. Bəzi mənbələrdə bu sülalədən Apopi adlı fironun olduğu qeyd edilir. Bu Apopi adı hökmdara aid iki fərqli şəxsi adın (prenomen) göstərilməsi ilə bağlıdır. Auserra və Akenenra. Kim Riholt güman edir ki, hər iki ad eyni bir firona aiddir[4]. II Mentuhotep , II Ramzes və II Seti də hakimiyyĕtləri zamanı iki penomendən istifadə edirdilər.
Ad | Şəkil | Qeyd |
İstinadlar
redaktə- ↑ Turin Kinglist Arxiv surəti 27 sentyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-09-27 at the Wayback Machine Accessed July 26, 1006 (line X.21 of the cited web link clearly provides this summary for the dynasty: "6 kings functioning 100+X years"). The surviving traces on the X figure appears to give the figure 8 which suggests that the summation should be read as 6 kings ruling 108 years.
- ↑ Holladay, John S. Jr. (1997) "The Eastern Nile Delta During the Hyksos and Pre-Hyksos Periods: Toward a Systemic/Socioeconomic Understanding", in Eliezer D. Oren. The Hyksos: new historical and archaeological perspectives. University Museum, University of Pennsylvania. 1997. 183–252. ISBN 978-0-924171-46-8. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
- ↑ Ryholt, K. S. B.; Bülow-Jacobsen, Adam. The Political Situation in Egypt During the Second Intermediate Period, C. 1800-1550 B.C. (ingilis). Museum Tusculanum Press. 1997. 303–304. ISBN 978-87-7289-421-8. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
- ↑ Kim Ryholt, The Political Situation in Egypt during the Second Intermediate Period c.1800–1550 B. C. by Museum Tuscalanum Press. 1997. p. 125