Olimpiya Qedim Yunanistan - Wikipedia
Olimpiya_(Qədim_Yunanıstan) - Haqqında Məlumat
Olimpiya (q.yun. Ολυμπία) — Qədim Yunanıstanda Peloponnes yarımadasında yerləşən şəhər. Müasir dövrə qalıqları gəlib çatıb. Olimpiya şəhərində Yunanıstanın müqəddəs məbədi yerləşirdi və E.ə. 776-cı ildən başlayaraq uzun müddət Olimpiya oyunları keçirilirdi.
Burada E.ə. X əsrdən etibarən Zevsin məbədi yerləşirdi. Bu məbəddə dünyanın yeddi möcüzələrindən biri olan Zevsin heykəli də yerləşirdi.
Müasir Olimpiya oyunlarının məşəli ənənəyə görə Olimpiyada yandırılır.
1989-cü ildə Olimpiya şəhərinin arxeoloji ərazisi YUNESKO-nun maddi irs siyahısına daxil edilir.