Oksidlesdirici Fosforlasma - Wikipedia
Oksidləşdirici fosforlaşma – bioloji oksidləşmənin xüsusi növü olmaqla, hüceyrə və toxumalarda adenozindifosfatın (ADF) fosfat turşusu iştirakında adenoziltrifosfata (ATF) çevrilməsi prosesidir: ADF + H3PO4→ ATF + H2O
Oksidləşdirici fosforlaşma prosesinin baş verməsi
redaktəHidrogen ionlarının oksidləşmə substratından oksigenə qədər çoxmərhələli daşınma prosesində ilkin substrat bütün enerjisini itirir. Bu enerji hüceyrədə tənəffüs zəncirinin hər bir mərhələsində tədrici olaraq zəngin enerjili ATF molekulları şəklində toplanır. Ona görə də bioloji oksidləşmənin normal gedişi üçün onun hər bir mərhələsində ADF və fosfat turşusunun olması zəruridir. Qeyd etmək lazımdır ki, oksidləşmə prosesində fasiləsiz olaraq ATF əmələ gəlməsinə fosfat turşusu sərf olunur.
Oksidləşdirici fosforlaşma prosesinin kəşfi
redaktə1930-cu ildə rus biokimyaçısı V.A.Engelhardt eritrositlər üzərində tədqiqat apararaq oksidləşdirici fosforlaşma ilə toxuma tənəffüsü arasında əlaqə olduğunu müəyyən etdi. Sonralar aydın oldu ki, oksidləşdirici fosforlaşma mitoxondrilərdə baş verir. "Mitoxondri" termini hələ 1900-cü ildə elmə daxil olsa da, bu hüceyrə orqanoidi bioloji mənbələrdən ilk dəfə 1934-cü ildə əldə olunubdur. 1946-cı ildə isə Klod və Xoçkin göstərmişlər ki, si-toxromoksidaza mitoxondrilərdə yerləşir. Mitoxondrilər membranla əhatə olunmuş yumurtaşəkilli hissəciklərdir. Onların forması hüceyrənin növündən, funksional vəziyyətindən asılıdır. Mitoxondrilərin uzununa en kəsiyində onları əhatə edən membranların ikiqat olduğu aşkar edilir. Membran üç qatdan ibarətdir:
- Xaricdən əhatə edən nazik membran. Bu membranda bir sıra turşuların (piroüzüm, alma, β-hidroksiyağ və alifatik turşular) dehidrogenazaları və yağ turşuları ilə fosfolipidlərin sintezində iştirak edən fermentlər olur;
- Membran arası boşluq;
- Daxili membran. Bunun üzərində mitoxondrilərin funksional aktivliyindən asılı olaraq dəyişən "mitoxondrial daraq" adlanan çıxıntı vardır. Tənəffüs zəncirinin bütün hissələri daxili membranda yerləşir. Ehtimal edilir ki, oksidləşdirici fosforlaşmanı aparan fermentlər də daxili membranda yerləşir.
Mitoxondrilər hüceyrədə bir sıra mühüm vəzifələri yerinə yetirir:
- Substratlar oksidləşdirici fosforlaşma yolu ilə enerji ehtiyatı yaradır;
- Oksidləşmə ilə yanaşı fosforlaşmanı aparır;
- Alifatik turşuları oksidləşdirir;
- Karbohidratların parçalanmasını başa çatdırır;
- Sidik cövhərini (karbamidi) sintez edir;
- Sitoplazma və mitoxondrilər arasında ionları dəyişdirir.
Oksidləşdirici fosforlaşma mürəkkəb prosesdir. Onu şərti olaraq iki yerə bölürlər:
Oksidləşdirici fosforlaşmnın növləri
redaktə- Elektronların daşınmasından və ona münasib olaraq molekulyar oksigenin reduksiyasından enerji ayrılır;
- Bu enerjini ATF molekulunda makroenergetik rabitələrində toplanan kimyəvi enerjiyə çevirir.
İstinad
redaktə- A. M. Məhərrəmov, M. Ə. Allahverdiyev. "Həyat fəaliyyətinin kimyəvi əsasları", Bakı-2009