Ofis Teleserial 2005 - Wikipedia
Ofis (ing. The Office) — ABŞ istehsalı sitkom teleserialı. Serial uydurma şirkət olan "Dunder Mifflin Paper Company"nin Pensilvaniya ştatının Skranton şəhərindəki ofisinin işçilərinin günlük həyatından bəhs edir. 24 mart 2005-ci ildən 16 may 2013-cü ilədək NBC kanalında yayımlanıb və cəmi doqquz mövsüm davam etmişdir.[1] Ricky Gervais və Stephen Merchant tərəfindən yaradılmış 2001–2003-cü illərdə BBC telekanalında yayımlanan eyniadlı Britaniya serialı əsasında çəkilib. Simpsonlar, Saturday Night Live, King of the Hill teleseriallarındakı işləri ilə tanınan yazıçı Greg Daniels ABŞ üçün ekranlaşdırıb.
Ofis | |
---|---|
ing. The Office | |
Janr | komediya, sitkom |
Əsaslanır | Eyniadlı Böyük Britaniya serialına |
İlk baxış tarixləri | 24 mart 2005 - 16 may 2013 |
Rejissor |
|
Rollarda |
|
Montajçı |
Devid Rocers |
İstehsalçı ölkə | ABŞ |
Studiya | Deedle-Dee Productions |
Dil | ingilis dili |
Mövsüm sayı | 9 |
Seriya sayı | 201 |
Davametmə müddəti | 22-42 dəqiqə |
IMDb | ID0386676 |
Format | 1080i (HDTV) |
nbc.com/the-office/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Ofis studiya auditoriyası və ya gülüş treki olmadan tək kamera istifadə edilərək real sənədli film üslubunda lentə alınıb. Teleserialın 201 seriyası NBC kanalında efirə çıxıb. "Ofis"in orijinal əsas heyətinə Stiv Kerelı, Reyn Vilson, Con Krasinski, Cenna Fişer və B. J. Novak daxildir. Serialın sonrakı epizodlarında aktyor heyətində bəzi dəyişikliklər baş vermişdir. Ed Helms, Rəşidə Cons, Emi Rayan, Mindi Kalinq, Kreyq Robinson, Ceyms Speyder, Elli Kemper və eləcə də Ketrin Teyt kimi orijinal əsas heyətdən kənar bir neçə məşhur ulduz şouya qoşulub.
Rollarda
redaktə- Stiv Kerrel — Dunder Mifflinin müdürü Maykl Skott rolunda
- Reyn Vilson — Ofisdəki qəribə işçilərdən biri Duayt Skrat rolunda
- Con Kresinski — Ofisdəki satıcılardan biri Cim Helpert rolunda
- Cenna Fişer — Ofisdəki resepsiyonist Pem Bisli rolunda
- Benjamin Novak — Ofisdə əvvəlcə təcrübəçi olaraq işləyən sonra isə ofis işçisi olan Rayen Hord rolunda
- Ed Helms — Endi Bernard rolunda
İstinadlar
redaktə- ↑ "Shows A-Z - The Office on NBC". The Futon Critic. November 14, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 13, 2018.