Odens - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Odens Danimarkanın üçüncü ən böyük (Kopenhagen və Orhusdan sonra) və Funen adasında yerləşən ən böyük şəhəridir. 1 yanvar 2023-cü il tarixinə əsasən şəhərin əhalisinin sayı 182.387[1] nəfər olmuşdur. Odens Bələdiyyəsinin ərazisində isə 207.762 əhali yaşayırdı[2], bu isə onu Danimarkanın dördüncü ən böyük bələdiyyəsi edir (Kopenhagen, Orhus və Aalborq bələdiyyələrindən sonra). Avrostat və İƏİT-nin 1 iyul 2022-ci il məlumatına görə Funen əyalətindəki (Danimarka: >landsdel) bütün bələdiyyələri əhatə edən Odense Böyükşəhər (aqlomerasiya) ərazisində 504,066 nəfər əhali yaşamaqdadır.[3]
Odens | |
---|---|
Odense | |
55°24′ şm. e. 10°23′ ş. u.HGYO | |
Ölkə | Danimarka |
Region | Cənubi Danimarka |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 988 |
Sahəsi | 79.30 km² |
Mərkəzin hündürlüyü | 13 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 182,387 nəfər (2023) |
Aqlomerasiya | 504,066 |
Rəsmi dili | Danimarka dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+45) 6 |
Poçt indeksi | 5000 |
Digər | |
odense.dk | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər 1970-ci ilə qədər Odens qraflığının, 1970-ci ildən 2007-ci ilin yanvarın birinə qədər, Cənubi Danimarka Bölgəsinin bir hissəsinə çevrildiyi vaxta qədər, Funen qraflığının mərkəzi olmuşdur. Odense hər şeydən əvvəl nağılları ilə yadda qalan Hans Kristian Andersenlə sıx əlaqəyə malikdir.[4] O, 1805-ci ildə bu şəhərdə anadan olub və uşaqlıq illərini burada keçirib.
Odense ərazisində 4000 ildən artıqdır ki, insan məskənləri salınıb, baxmayaraq ki, eramızın 988-ci ilinə qədər heç yerdə şəhər haqda yazılı məlumat tapmaq mümkün olmayıb, 1070-ci ildə Odens artıq çiçəklənən bir şəhərə çevrilmişdir. Son Vikinq kralı hesab edilən Danimarkalı IV Kanut , 10 iyul 1086-cı ildə burada kəndlilər tərəfindən öldürülüb. Şəhər 1249-cu ildə saray savaşlarından sonra yandırılsa da, o, tez bir zamanda bərpa edilib Orta əsrlərin ticarət mərkəzinə çevrildi. Bir müddət davam edən iqtisadi çöküşdən sonra, 18-ci yüzillikdə genişmiqyaslı inkişaf planları qəbul edildi, bu, Odens sarayının yenidən qurulmasına və ticarəti asanlaşdıran Odens limanına kanalın tikintisinə səbəb oldu. 1865-ci ildə burada Danimarkanın ən böyük dəmir yolu terminallarından biri tikildi, bu da əhalini və ticarəti daha da artırdı və 1900-cü ildə Odensin əhalisi 35.000-ə çatdı. Odensin Odinstårnet 1935-ci ildə tikiləndən sonra, Avropanın ən hündür qüllələrindən biri oldu, lakin İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən dağıdıldı. Cənubi Danimarka Universiteti 1966-cı ildə burada yaradılmışdır.
Odens adı "Odinin ziyarətgahı" mənasını verən Odins və Vé sözlərindən götürülmüşdür, çünki çağında ərazi Nordların tanrısı Odinin ibadətgahı idi.[5]
İqlim
redaktəOdens iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 11,2 | 13,4 | 18,5 | 27,4 | 28,8 | 31,6 | 33,4 | 33,6 | 27,7 | 23 | 15,8 | 12,4 | 33,6 |
Maksimum orta, °C | 3,1 | 3,3 | 6,1 | 10,7 | 16 | 19,2 | 21,3 | 21,4 | 16,9 | 12,3 | 7,4 | 4,5 | 11,9 |
Orta temperatur, °C | 1 | 1,1 | 3,1 | 6,6 | 11,6 | 14,7 | 16,6 | 16,5 | 13 | 9,2 | 5,1 | 2,5 | 8,4 |
Minimum orta, °C | −1,5 | −1,4 | 0,1 | 2,5 | 6,7 | 9,9 | 11,7 | 11,5 | 8,9 | 5,8 | 2,4 | 0,2 | 4,7 |
Mütləq minimum, °C | −21,6 | −20 | −14,9 | −5,3 | −2 | 1,7 | 3,6 | 4,2 | −1,4 | −4,1 | −16,2 | −20 | −21,6 |
Əhali
redaktəƏhali qrupları | il | |
---|---|---|
2023[6][7] | ||
Nömrə | % | |
Danimarka əsilli | 171,670 | 82,59% |
Köçkünlər | 25,732 | 12,38% |
Aİ-27 | 7,716 | 3,71% |
Aİ-27 xaricində Avropa | 8,376 | 4,03% |
Afrika | 3,944 | 1,9% |
Şimali Amerika | 301 | 0,14% |
Cənubi və Mərkəzi Amerika | 542 | 0,26% |
Asiya | 15,192 | 7,31% |
Okeaniya | 76 | – |
Vətəndaşlığı olmayan | – | |
Naməlum | – | |
Ümumi | 207,864 | 100% |
Xarici vətəndaşların mənsub olduğu ölkələr[8] | |
Milliyyət | Əhali (2018) |
---|---|
[[Türkiyə]] | 2,413 |
Somali | 2,296 |
Vyetnam | 2,177 |
Bosniya və
Herseqovina |
1761 |
Polşa | 1,639 |
Suriya | 1,314 |
Almaniya | 1,312 |
İran | 1,129 |
Rumıniya | 901 |
Görkəmli sakinlər
redaktə- Yorgen Sadolin (təq. 1490 – 1559) danimarkalı islahatçı
- Frans Berq (1504–1591) ruhani, Odens rektoru 1581,[9] Oslo yepiskopu 1548–1580
- Yakob B. Uinslou (1669–1760) Danimarka əsilli fransız anatomist.
- İda Falbe-Hansen (1849–1922) danimarkalı pedaqoq, filoloq və qadın fəalı
- Anna Lohse (1866–1942), müəllim və qadın hüquqları müdafiəçisi
- Lise Østergaard (1924–1996) psixoloq və siyasətçi[10]
- Nyels Helveq Petersen (1939–2017) siyasətçi,[11] Xarici İşlər Naziri 1993–2000
- Vikram Kaur Xalsa (Kristen Lindholm kimi 1943-cü ildə anadan olub), keçmiş aktrisa,[12] indi Sikh ilahiyyatçısı
- Bendt Bendtsen (1954-cü il təvəllüdlü) 2009-dan 2019-a qədər Danimarka siyasətçisi və Avropa Parlamentinin üzvü
- Lars Kristian Lilleholt (1965-ci il təvəllüdlü) siyasətçi,[13] keçmiş Energetika, Kommunal Təsərrüfat və İqlim Naziri.
- Jeanette Varberg (1978-ci il təvəllüdlü) arxeoloq, Danimarka Milli Muzeyinin kuratoru
Qardaşlaşdığı şəhərlər
redaktəOdenslə qardaşlaşmış 28 şəhər var.[14] Onlardan bir neçəsi aşağıda qeyd olunub:
İstinadlar
redaktə- ↑ "Statistikbanken". www.statistikbanken.dk. 3 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ "Folketal den 1. i kvartalet efter område, køn, alder og civilstand - Statistikbanken - data og tal". www.statistikbanken.dk. 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ "Befolkningstal". www.dst.dk (danimarka). 14 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ "Hans Christian Andersen". 9 November 2021. 29 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2023.
- ↑ "Odense, Denmark". Danishnet.com. 3 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2014.
- ↑ "Statistikbanken". www.statbank.dk. 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
- ↑ "Population at the first day of the quarter by region, sex, age (5 years age groups), ancestry and country of origin - StatBank Denmark - data and statistics". www.statbank.dk. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
- ↑ "Population at the first day of the quarter by municipality, sex, age, marital status, ancestry, country of origin and citizenship". Statistics Denmark. 19 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 October 2014.
- ↑ Store norske leksikon, Frants Berg Arxivləşdirilib 2022-11-07 at the Wayback Machine retrieved January 2018
- ↑ Kulturministeriet, Lise Østergaard (S) (in Danish) Arxivləşdirilib 2020-08-10 at the Wayback Machine retrieved January 2018
- ↑ "Jysk Fynske Medier P/S, 03". 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-15.
- ↑ IMDb Database retrieved 16 may 2020
- ↑ "The Ministry of Energy, Utilities and Climate, Curriculum Vitae, Lars Chr". 2018-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-15.
- ↑ "Twin Cities". Odense Municipality. 15 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 July 2014.
- ↑ "Partnership". Kaunas International Relations. 15 March 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 November 2011.