Occidentali S Karma - Wikipedia
Occidentali's Karma (azərb. Qərblilərin Karması) — İtalyan müğənnisi Françesko Qabbani tərəfindən bəstələnən və ifa edilən mahnı. Mahnı İtaliyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində uğurla təmsil etmiş və ölkəyə final mərhələsində 6-cı yeri qazandırmışdır.[1]
Occidentali's Karma | |
---|---|
2017 Avroviziya Mahnı Müsabiqəsi mahnısı | |
Ölkə | İtaliya |
Müğənni(lər) | Françesko Qabbani |
Dil | İtalyanca |
Bəstəkar(lar) |
|
Sözləri |
|
Final nəticəsi | |
Yeri | 6-cı |
Xalı | 334 |
Xronologiya | |
◄ No Degree of Separation (2016) | |
Non mi avete fatto niente (2018) ► |
Mətn
redaktəQabbaninin bildirdiyinə görə mahnının mətnində Şərq mədəniyyətini götürüb "qərbləşdirməyə" çalışan qərblilər lağa qoyulur. Mahnıda Şərq ideologiyasından gələn Budda və Nirvanadan bəhs edilir. Eyni zamanda mahnıda əsas toxunulan mövzulardan biri də insanın meymundan təkamülüdür. Françesko həmin bu ideyanın Dezmond Morrisin yazdığı "Çılpaq meymun" kitabından əsaslandığını vurğulamışdır. Mahnının adında İngilis sayağı yiyəlik şəkilçisindən istifadə edilməsinə səbəb isə müasir dövrdə İtalyan dilinin "ingilisləşdirilməyə" çalışılmasına tənqidi yanaşdığından istehza olaraq həmin şəkilçidən istifadə olunduğunu bildirmişdir.[2][3]
Karma, Sanskrit dilində “hərəkət, iş, əməl” anlamına gəlir. Bu eyni zamanda mənəvi prinsiplərin səbəb olduğu və yaratdığı nəticələrə (şəxsin niyyət və hərəkətlərinin həmin şəxsin gələcəyinə təsir etməsi) şamil edilir. Yaxşı niyyət və yaxşı əməl yaxşı karmaya və ya gələcək xoşbəxtliyə şərait yaratdığı halda pis niyyət və pis əməl pis karmaya və ya gələcək əzaba səbəb olur[4]. Karma bir çox Asiya dinlərində olan yenidən doğuluş - Reinkarnasiya düşüncələri ilə yaxından bağlıdır. Mənşəyi qədim Hindistandan gələn "karma" Hinduizm, Buddizm, Caynizm, Siqhizm və Daosizm dinlərində istifadə olunan əsas terminlərdən biridir.
İstinadlar
redaktə- ↑ "Francesco Gabbani to represent Italy in Kyiv!". eurovision.tv. Avropa Yayım İttifaqı. 12 fevral 2017. 2017-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-12.
- ↑ "Il ritratto di Pasolini, i pomodori. Ecco l'autore di Occidentali's Karma" [The portrait of Pasolini, the tomatoes. Here is the author of Occidentali's Karma.]. Corriere della Sera (italyanca). 14 fevral 2017. 2017-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2017.
- ↑ "Quella scimmia non è Eraclito" [That ape is not Heraclitus]. la Repubblica (italyanca). 21 fevral 2017. 2017-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2017.
- ↑ Lawrence C. Becker & Charlotte B. Becker, Encyclopedia of Ethics, 2nd Edition, ISBN 0-415-93672-1, Hindu Ethics, pp 678
Əvvəlki: Françeska Mikyelin "No Degree of Separation" |
İtaliya Avroviziya Mahnı Müsabiqəsində 2017 |
Sonrakı: Ermal Meta və Fabritsio Moro "Non mi avete fatto niente" |