Ocaqqulu Aga Yaglevendli Cavansir - Wikipedia
Ocaqqulu ağa Yağləvəndli-Cavanşir (1687-?) — Qarabağ bəyi, Səfəvilər və xanlıq dönəmində oba, atlı dəstənin yüzbaşısı.
OCAQQULU AĞA YAĞLƏVƏNDLİ-CAVANŞİR | |
---|---|
Ocaqqulu ağa Lətifxan ağa oğlu Yağləvəndli-Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Yağləvənd, Qarabağ |
Həyatı
redaktəOcaqqulu ağa Lətifxan ağa oğlu 1687-ci ildə Cavanşir elinin Yağləvənd oymağında doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Obalarının yüzbaşısı olmuşdu. Öncə Osmanlı ordusunda qulluq etmiş, sonra ordudan qaçıb Nadirqulu xan Qırxlı-Avşarın dəstəsinə qoşulmuşdu. Nadirqulu xan özünü şah elan edəndən sonra onun ordusunda qorçular yüzbaşısı olmuşdu. Şahın ordusunda üsyançıların yatırılmasında fəal iştirak etmişdi.
Ocaqqulu ağanın ailəsı Xorasana, Sərəxsə sürgün olunmuşdu. Onun qohum-əqrabası Nadir şahın qətlindən sonra Qarabağa qayıtmışdı. Arazbar qəzasının Xanarxı yurdunda məskunlaşmışdı.
Ocaqqulu ağa öncə Pənahəli xana qarşı çıxsa da, sonra onun tərəfini tutmuşdu.
Ailəsi
redaktəOcaqqulu ağanın Lətifxan ağa adlı oğlu vardı.
Həmçinin bax
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |