Obsidian Entertainment - Wikipedia
Obsidian Entertainment, Inc. — baş qərargahı ABŞ-nin Kaliforniya ştatının İrvin şəhərində yerləşən və videooyunların istehsalında ixtisaslaşan studiya. Şirkət "Black Isle Studios" şirkətinin bağlanmasından çox keçməmiş, 2003-cü ilin iyun ayında şirkətin keçmiş işçiləri olan Firqus Urkhart, Kris Avellon, Kris Parker, Darren Monahan və Kris Cons təsis edilmişdir.
Obsidian Entertainment | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | filial |
Sənaye | videooyun sənayesi[d] |
Təsis tarixi | 12 iyun 2003 |
Baş qərargahın yeri | İrvin, Kaliforniya, ABŞ[1] |
Struktur | |
İşçi sayı | 200 (2019)[2] |
Ana şirkət | Xbox Game Studios (2018–h.h.) |
Rəhbərlik | |
Təsisçilər |
|
Auditor | Ümumdünya |
obsidian.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Orijinal əqli mülkiyyət yaratmalarına baxmayaraq, şirkətin istehsal etdiyi videooyunların çoxu liseziyalı mülkiyyətlərə əsaslanan sikvellərdir. Studiyanın erkən layihələrinə "Star Wars: Knights of the Old Republic II: The Sith Lords" və "Neverwinter Nights 2" aiddir ki, onların hər ikisi də "BioWare" tərəfindən istehsal edilmiş videooyunların sikvelləridir. İstehsalçı komanda daha sonra, 2010-cu ildə ilk orijinal layihələri olan "Alpha Protocol" videooyununu satışa çıxarmışdır. "Obsidian Entertainment" tərəfindən istehsal edilmiş digər əhəmiyyətli videooyunlara Other "Fallout: New Vegas", "Dungeon Siege III" və "South Park: The Stick of Truth" aiddir ki, bunların hamısı lisenziyalı mülkiyyətlərdir.
Studiyanın tarixi boyunca "Futureblight", "Dwarfs", "Aliens: Crucible" və "Stormlands" kimi layihələr ləğv edilmişdir. "Obsidian Entertainment" çoxlu sayda layihəni ləğv etdiyindən 2012-ci ildə kəskin bir maliyyə böhranı yaşamışdır. Nəticədə, şirkət növbəti layihəsini – isometrik baxış bucağı ilə oynanılan "Pillars of Eternity" rol videooyununu kraudfandinq vasitəsilə maliyyələşdirmişdir, hansı ki, uğurlu bir layihə olmuş və şirkəti müflis olmaqdan xilas etmişdir. Bundan sonra istehsalçı komandanın diqqət mərkəzi lisenziyalı oyunlar satışa çıxarmaq əvəzinə, studiyanın bir öz əqli mülkiyyətləri əsasında "Pillars of Eternity" sikveli kimi orijinal videooyunlar istehsal etməyə çevrilmişdir.
Studiya 2018-ci ilin noyabr ayında "Microsoft" korporasiyası tərəfindən satın alındığını və "Microsoft Studios" (həmçinin, "Xbox Game Studios" adlanır) törəmə şirkətinin bir parçası olduğunu anons etmişdir. Studiyanın sonuncu buraxılışı elmi fantastika janrında olan "The Outer Worlds" rol videooyunudur.
Videooyunlar
redaktəİl | Başlıq | Platformalar | Nəşrçi | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Linux | macOS | PS3 | PS4 | Switch | Windows | Xbox | X360 | XOne | XSX | |||
2004 | Star Wars: Knights of the Old Republic II – The Sith Lords | Hə | Hə | Yox | Yox | Yox | Hə | Hə | Yox | Yox | Yox | LucasArts |
2006 | Neverwinter Nights 2 | Yox | Hə | Yox | Yox | Yox | Hə | Yox | Yox | Yox | Yox | Atari |
2007 | Neverwinter Nights 2: Mask of the Betrayer | Yox | Yox | Yox | Yox | Yox | Hə | Yox | Yox | Yox | Yox | |
2008 | Neverwinter Nights 2: Storm of Zehir | Yox | Yox | Yox | Yox | Yox | Hə | Yox | Yox | Yox | Yox | |
2010 | Alpha Protocol | Yox | Yox | Hə | Yox | Yox | Hə | Yox | Hə | Yox | Yox | Sega |
Fallout: New Vegas | Yox | Yox | Hə | Yox | Yox | Hə | Yox | Hə | Yox | Yox | Bethesda Softworks | |
2011 | Dungeon Siege III | Yox | Yox | Hə | Yox | Yox | Hə | Yox | Hə | Yox | Yox | Square Enix |
2014 | South Park: The Stick of Truth | Yox | Yox | Hə | Hə | Hə | Hə | Yox | Hə | Hə | Yox | Ubisoft |
2015 | Pillars of Eternity | Hə | Hə | Yox | Hə | Hə | Hə | Yox | Yox | Hə | Yox | Paradox Interactive |
Skyforge | Yox | Yox | Yox | Hə | Yox | Hə | Yox | Yox | Hə | Yox | My.com | |
Pillars of Eternity: The White March I | Hə | Hə | Yox | Hə | Yox | Hə | Yox | Yox | Hə | Yox | Paradox Interactive | |
Armored Warfare | Yox | Yox | Yox | Hə | Yox | Hə | Yox | Yox | Hə | Yox | My.com | |
2016 | Pillars of Eternity: The White March II | Hə | Hə | Yox | Yox | Yox | Hə | Yox | Yox | Hə | Yox | Paradox Interactive |
Tyranny | Hə | Hə | Yox | Yox | Yox | Hə | Yox | Yox | Yox | Yox | ||
Pathfinder Adventures | Yox | Yox | Yox | Yox | Yox | Hə | Yox | Yox | Yox | Yox | Paizo Publishing | |
2018 | Pillars of Eternity II: Deadfire | Hə | Hə | Yox | Hə | Hə | Hə | Yox | Yox | Hə | Yox | Versus Evil |
2019 | The Outer Worlds | Yox | Yox | Yox | Hə | Hə | Hə | Yox | Yox | Hə | Yox | Private Division |
2020 | Grounded | Yox | Yox | Yox | Yox | Yox | Hə | Yox | Yox | Hə | Yox | Xbox Game Studios |
Elan olunacaq | Avowed | Yox | Yox | Yox | Yox | Yox | Hə | Yox | Yox | Yox | Hə |
İstinadlar
redaktə- ↑ Müller, Mark. "Game Companies Taking Office Space at Faster Clip". Orange County Business Journal (ingilis). 11 avqust 2008: 82. (#accessdate_missing_url)
- ↑ Maki, Conas. "Obsidian Entertainment has now reached 200 employees". Gamereactor (ingilis). 24 avqust 2019. 2 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2019.
Xarici keçidlər
redaktə- obsidian.net — "Obsidian Entertainment" şirkətinin rəsmi saytı
ABŞ portalı Videooyunlar portalı |