Oso - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Çandra Mohan Racniş OSHO (ing. Bhagwan Shree Rajneesh; 11 dekabr 1931[1][2][…], Udaypura[d], Britaniya Hindistanı – 19 yanvar 1990[1][2][…], Puna, Maxaraştra) — oshohind dini xadimi və mistik.
Oşo | |
---|---|
hind. रजनीश चन्द्र मोहन जैन | |
Doğum tarixi | 11 dekabr 1931[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 19 yanvar 1990[1][2][…] (58 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Fəaliyyəti | yazıçı, avtobioqraf[d], Quru |
osho.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəÇandra Mohan Racniş 1931-ci ilin 11 dekabrında Hindistanın Madhya Pradeş əyalətinindəki Kuçvada kəndində anadan olmuşdur. Uşaqlıq illərindən etibarən, başqaları tərəfindən verilən məlumatlar və inancları əldə etməkdənsə, həqiqəti özü axtarmaq qərarına gəlmişdir. 21 yaşında universitet təhsilini tamamladı və Jabalpur Universitetində uzun illər fəlsəfə dərsi dedi. Eyni zamanda da bütün Hindistanı gəzib danışmalar etdi, ictimai müzakirələrdə mühafizəkar dini liderlərə meydan oxudu, ənənəvi inancları sorğuladı və həyatın bütün sahələrində insanlarla bir araya gəldi. O, özünü gerçək bir "varoluşçu" olaraq adlandırmışdır. İnanc sistemlərini və müasir insan psixologiyasını anlamaq üçün üfüqünü genişləndirə biləcək hər şeyi oxudu.
1960-cı illərin sonu Oşo artıq öz dinamik meditasiyasını təkmilləşdirməyə başlamışdı. Meditasiyanın o rahat düşüncələrsiz halını kəşf edə bilməyi ümid edə bilməsi üçün əvvəlcə keçmişin modası keçmiş üsullarının və günümüzün müasir həyatın gətirdiyi sıxıntıların ağırlığı altında əzilən insanın çox dərin bir ruhi təmizlənmə periodundan keçməsinin şərt olduğunu demişdir.
1970-ci illərin əvvəllərində ilk olaraq Qərbli gənclər Oşodan xəbərdar olmağa başladılar. 1974-cü ildə Hindistanın Pune şəhərinin onun ətrafında bir "kommuna" quruldu. Başlanğıcda Qərbdən gələn tək-tük gənclər get-gedə çoxaldı. Oşo insan şüurunun inkişafının bütün istiqamətləri haqqında mühazirələr dedi. Müasir insanın ruhi axtarışları üçün vacib olan şeylərin əsasını intelektual anlayış içində deyil, şəxsi varoluş təcrübəsi ilə süzdü.
"Mən tamamilə yep-yeni dini şüurun başlanğıcıyam" , "Məni keçmişlə əlaqələndirməyin onu xatırlamağa belə dəyməz" deyib. Yaxın tələbələrinə və dünyanın hər yerindəki izləyənlərinə etdiyi mühazirələr 30-dan çox dilə tərcümə olunub, 600 dən çox cild şəklində yayımlanıb.
Oşo 1985-ci ildə köçkünlərin statusu haqqında qanunu pozduğuna görə həbsdə olduğu vaxt 19 yanvar 1990-cı ildə bədənini tərk etdi. Başqa iddialara görə Amerika agentləri tərəfindən zəhərlənərək öldürülüb. Onun Hindistandakı "kommuna"sı meditasiya terapiya və yaradıcılıq proqramlarına qatıla bilmək üçün minlərlə beynəlmiləl qonağı özünə cəlb edərək dünyanın ən böyük ruhi inkişaf mərkəzi olmağı bacardı.
Uşaqlıq və gənclik: 1931–1950
redaktəOşo, Çandra Mohan Jain Hindistanın Madhya Pradesh əyalətinin Raisen rayonunun kiçik kəndi olan Kuçvadada ana tərəfdən nənə, babasının evində anadan olub, parça ticarətçisinin 11 uşağının ən böyükü idi. Taranpanthi Jains olan valideynləri Babulal və Sarasvati Jain ona 7 yaşında ikən ana tərəfdən nənə və babasının yanında yaşamağa icazə verirlər. Bu Oşonun inkişafında əsas təsir idi. ona görə ki, nənəsi onu qayğısız, məhdudiyyətsiz, təhsilsiz öz özlüyünə tərk edərək ona hədsiz azadlıq vermişdi. 7 yaşında olarkən babası ölür və o valideynləri ilə birlikdə yaşamaq üçün Gadarvaraya göndərilir. Oşonun babasının ölümü ona dərindən təsir göstərir. Sonralar öz uşaqlıq rəfiqəsi Şaşinin 15 yaşında ölümü bu təsirin onda bütün gənclik dövründə qalmasına səbəb olur. O təhsil aldığı illərdə sözə baxmayan idi, ancaq qabiliyyətli tələbə idi və böyük debatların iştirakçısı kimi şöhrət qazanmışdı. Sonralar Oşo ateist oldu, hypnosisliyə də marağı var idi. O vaxtlar Hindistanda olan azadlıq hərəkatı ilə əlaqədar olaraq Oşo 2 millətçi təşkilata: Hindistan Milli Ordusuna və "Rashtriya Swayamsevak Sangh"a qoşulur. Buna baxmayaraq təşkilatlarda onun üzvlüyü qısamüddətli oldu, çünki o heç bir xarici intizam, ideologiya, sistemin tərkibində qala bilməzdi.
Universitet illəri və xalqla söhbətləri: 1951–1970
redaktə1951-ci ildə, 19 yaşında Cabalpur dakı Hitkarini Kollecində təhsilinə başlayır. Ordakı müəllimi ilə aralarında konfilikt olduqdan sonra onun bu kollecdən getməyi xahiş olunur. Beləliklə, o, Capalpurdakı D. N. Jain kollecinə keçir. Yaxşı tələbə kimi özünü sübut etdikdən sonra imtahanlar istisna olmaqla kollecə getmək məcburiyyəti qalmır. O boş vaxtından yerli qəzetdə bir neçə ay redaktor köməkçisi işləməklə istifadə edir. O Capalpurda Taranpanthi Jain Cəmiyyəti tərəfindən təşkil olunan Sarva Dharma Sammelan da (Bütün inamların görüşü) iştirak edir. O 1951-ci ildən 1968-ci ilə kimi belə söhbətlərdə iştirak edir. O evləndirilmək üçün valideylərinin təyziqinə məruz qalır. Osho sonralar deyir ki, o 21 mart 1953-cü ildə 21 yaşı olanda Cabalpurdakı Devtal bağında ağacın altında oturanda mistik maariflənmə (aydınlanma) yaşayıb.
1955-ci ildə Fəlsəfə üzrə D. N. Jain Kollecindən bakalavr dərəcəsi aldıqdan sonra magistr dərəcəsi almaq üçün Sagar Universitetinə qəbul olur və 1957-ci ildə fəlsəfə üzrə buranı da fərqlənmə ilə bitirir. o tezliklə Raypur Sankiriti Kollecində müəllim işləməyə başlayır. O burada işlədiyi vaxt tələbələrin mənəviyyatına, xarakterinə, dininə təhlükə hesab edildiyindən universitetin vitse kansleri (kansler- rektor kimi bir şey) tərəfindən universitetdən kənarlaşdırılır. 1958-ci ildən Cabalpur Universiteti ndə fəlsəfə üzrə leksiyalar deyir, 1960-cı ildə professor dərəcəsi alır. Məşhur lektor olmuşdu artıq, o özünün keçmiş əyalət təhsilinin əskikliklərinə qalib gələ bilmişdi və onun çox ağıllı bir insan olması onun perləri (onunla eyni vəziyyətdə olanlar) tərəfindən də etiraf edilirdi.
Universitet işinə parelel olaraq o, Acharya Rajneesh (Acharya müəllim, professor mənasında işlədilir; Rajneesh onun uşaqlıqdan əldə etdiyi ləqəb idi) adıyla (ləqəbiylə) Hindistanı gəzir, səyahət edir. Sosializm və Gandh`ın tənqidini verərək mühazirələr deyir. O deyirdi ki, sosializmi ancaq sosialist kasıblığı və Gandhini kasıblığa sitayiş edən irticaçı mazoist kimi təsvir edirdi. O Hindistanın öz geriliyindən qurtulması üçün kapitalizm, elm və müasir texnologiyanın və doğumun məhdudlaşdırılmasının vacib olduğunu deyirdi. O ortodoksal Hindistan dinlərini ölü adlandırdı və onları boş ayinlərlə dolu, lənətin qorxuları və xeyir duaların vədi ilə ardıcıllarına zülm etməsini deyərək onları tənqid etdi. Belə bəyanatları onu mabahisəli birinə çevirdi, dindarlar tərəfindən bəyənilmədi. Amma bir neçə varlı tacir və iş adamlarını onun fikirlərini bəyənir. Həmin adamlar ondan onların mənəvi inkişafları üçün fərdi konsultasiyalar deməsini istəyirlər, beləliklə, o həm ianə alır həm də öz təcrübəsini artırır. 1962-ci ildən 3–10 günlük meditasiya düşərgələrində və 1. meditasiya mərkəzində (Jivan Jagruti Kendra) ətrafındakılara öz təlimlərini öyrətməyə başlayır, sonralar bu meditasiya mərkəzi Life Avakening Movement (Jivan Jagruti Andolan) kimi tanınır. 1966-cı ildə mübahisəli mühazirələr səyahətindən qayıdandan sonra, universitetin tələbinə əsasən oradakı vəzifəsini tərk edir.
1968-ci il mühazirələrini, sonra "From Sex to Super consciousness" (Super şüurdan seksə) adı altında nəşr etdirir. O, seksin cəmiyyətdə daha azad qəbul olunmasına çağırışlarıyla Hindu liderləri tərəfindən və Hindistan mətbuatında "seksual quru" kimi tanınır. 1969-cu ildə bəzi Hindu liderlərinin etirazına baxmayaraq o, ikinci dünya hindu konfransına dəvət edilir, burada o öz ziddiyətlərini yenə deyir ki, "Hər din elə hesab edir ki, həyat mənasızdı və əzablarla doludur və həyata nifrət etməyi öyrədir, bu düzgün din deyil, əsl din həyatdan necə zövq almağı göstərməlidir"
Mumbay: 1970–1974
redaktə1970-ci ilin yaz aylarından xalq meditasiyalarında Oşo özünün yeni Dinamik Meditasiya metodunu icra edir. İyun ayının axırlarında o Cabalpurdan Mumbaya gəlir. 26 sentyabr 1970-ci ildə şagirlərinin birinci qrupu olan neo-sansistləri təqdim edir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bhagwan Shree Rajneesh // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 http://www.metal-archives.com/artist.php?id=408666.