Oglan Medeniyyeti Film 2006 - Wikipedia
Oğlan mədəniyyəti (ing. Boy Culture) Amerika istehsalı olan bu film 2006-cı ildə nümayiş olunub. Film yazıçı Metyu Retenmundun eyni adlı əsəri əsasında hazırlanıb. Filmin premyerası 1 aprel 2006-cı ildə Böyük Britaniyada "London Lezbian və Qey Film Festifalında keçirilib, 26 apreldə isə Birləşmiş Ştatlarda "Tribeka Film Festifalında gösrərilib. Film Fransada 31 yanvar 2007-ci ildə, ABŞ-də 23 mart 2007-ci ildə və İspaniyada isə 8 iyun 2007-ci ildə nümayiş olunub. Filmin DVD buraxılışı isə 14 avqust 2007-ci ildə satışa çıxarılıb.
Oğlan mədəniyyəti | |
---|---|
ing. Boy Culture | |
Janr | dram |
Əsas mövzu | LGBT |
Rejissor | Q. Allan Broka |
Ssenari müəllifləri |
Q. Allan Broka Filip Piers |
Baş rollarda |
Patrik Pauço Derek Maqyar Conatan Trent Derri Stefens Emili Bruk Hands |
Bəstəkar | Reyan Beveric |
Distribütor | TLA Releasing[d], Netflix |
İlk baxış tarixi | 1 aprel 2006[3], 26 aprel 2006[3], 31 yanvar 2007[3], 12 aprel 2007[3], 8 iyun 2007[3] |
Müddət | 88 dəqiqə |
Büdcə | $500,000[1] |
Gəlir | $220,409[2] |
Ölkə | ABŞ |
Dil | ingiliscə |
İl | 1 aprel 2006 |
Rəng | rəngli |
IMDb | ID0433350 |
Məzmun
redaktəFilm homoseksual oğlanlara müşahidəçilik edən çılğın bir gənc haqqındadır. Özüdə homoseksual olan bu oğlanın iki otaq yoldaşı və yaşlı bir müştərisi ilə olan intim münasıbətlərindən eləcədə, fərqli mədəniyyətlərdən və fərqli irqlərdən olan insanların yaşadığı problemlərdən bəhs edilir və bütün bunlarında hamısı məhz oğlanların ətrafında cərəyan edir.
Rollarda
redaktəAd | Rol |
---|---|
Patrik Pauço | Georgi Talbot |
Derek Maqyar | "X" |
Derri Stefens | Endi |
Conatan Trend | Coe |
Georq Conson | Blondi |
Peyton Hinson | Cill |
Kayl Santler | Skuter |
Emili Bruk Hands | Lusi |
Mett Ridi | Frank |
Kliford Harrinqton | Renaldo |
Mo;i Manaqo | Çeyine |
Kibibi Monie | Fillis |
Cesse Arçer | Trivey Hoti |
Cefiri Gilbert | Qonaq |
Laprell Nelson | Metyu |
Film festivalları
redaktəOğlan Mədəniyyəti filminin göstərilmiş olduğu festivallar.
- London Lezbian və Qey Film Festifalı — 1 aprel 2006
- Tribeka Film Festivalı — 26 aprel 2006
- Atlantika Film Festivalı — 15 sentyabr 2006
- Verzaubert Queer Film Festivalı — 14 noyabr 2006
- Paris Gay and Lesbian Film Festivalı — 19 noyabr 2006
- Cleveland Beynəlxalq Film Festivalı — 16 mart 2007
- Philly Film Festivalı — 6 aprel 2007
- Mostra Internacional de Cinema Gay i Lèsbic de Barcelona — 7 iyun 2007
Mükafatlar
redaktəİl | Festival | Mükafat | Kataqoriya | Alanlar |
---|---|---|---|---|
2006 | L.A. Outfest | Grand Jury Award | Ən yaxşı ssenari | Q.Allan Brocka Philip Pierce |
2006 | Milan International Lesbian and Gay Film Festival | Ən yaxşı komediya mükafatı | Q.Allan Brocka | |
2006 | Philadelphia International Gay & Lesbian Film Festival | Jury Prize | Best Film Best Narrative Feature |
Q.Allan Brocka |
2006 | Rhode Island International Film Festival | First Prize | Alternativ Spirit Mükafatı | Q.Allan Brocka |
2007 | Festróia — Tróia International Film Festival | Prize of the City of Setúbal | ən yaxşı film American Independents |
Q.Allan Brocka |
Film musiqisi
redaktəEv üçün buraxılış
redaktəOğlan Mədəniyyəti filminin DVD diski 14 avqust 2007-ci ildə TLA Video tərəfindən satışa çıxarıldı. DVD-yə rejissor/yazıçı Q. Allan Broka və onun digər yazıçı partneri Filip Pirsin müsahibəsi, eləcədə filmin dörd ulduzunun müsahibələri, filmdən silinmiş səhnələr, Tribeca Film Festıvalından görüntülər və filmin treyleri daxildir.[4]
İstinadlar
redaktə- ↑ http://www.imdb.com/title/tt0433350/business?ref_=tt_dt_bus
- ↑ Boy Culture — Box Office Mojo Arxivləşdirilib 2017-08-31 at the Wayback Machine Retrieved 2010-05-27.
- ↑ 1 2 3 4 5 IMDb (ing.). 1990.
- ↑ "Buy Boy Culture". 2008-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
Xarici keçidlər
redaktə- «Boy Culture» — Internet Movie Database saytında
- Filmin rəsmi saytı Arxivləşdirilib 2014-05-17 at the Wayback Machine (ing.)
- YouTube-da filmin treyleri
- Boy Culture film Myspace-də (ing.)
- «Oğlan mədəniyyəti» (ing.)