Nurnus - Wikipedia
Nurnus - İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzası, sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd.[2]
kənd | |
Nurnus | |
---|---|
Norinus | |
40°21′27″ şm. e. 44°36′21″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Qırxbulaq mahalı]] |
Rayon | [[Ellər rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.400 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Nornus formasında da qeyd edilir[4].
Toponim monqol dilində «göl» mənasında işlənən nur//nor sözündən[5][6] və ərəb dilində «ucu şiş minarəli tikinti» mənasnda işlənən naus (>nus), sözündən əmələ gəlib «göl, arx, kənarında tikinti» mənasını bildirir.
Toponim tərkibindən nur / nor sözü Azərbaycan dilində nohur (arx, gölməçə) formasında işlənir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
redaktəKənddə 1873 - cü ildə 372 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 550 nəfər, 1904 - cü ildə 457 nəfər, 1914 - cü ildə 512 nəfər, 1916-cı ildə 642 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və Türkiyədən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına gələ bilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 61 nəfər, 1931-ci ildə 96 nəfər azərbaycanh yaşamışdır[7].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin azərbaycanlı əhalisi 1947-1948-ci illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.191
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.397
- ↑ Abdullayev Ə.Z. Azərbaycan dili məsələləri, Bakı, «Bakı Universiteti», 1992. 308
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46-47, 126-127