Nureddin Hebibov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nurəddin Davud oğlu Həbibov (5 may 1923[1], Həzrə, Quba qəzası – 4 fevral 2006[1], Bakı) — professor.
Nurəddin Həbibov | |
---|---|
Doğum tarixi | 5 may 1923[1] |
Doğum yeri | |
Vəfat tarixi | 4 fevral 2006[1] (82 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Mükafatları |
Həyatı
redaktəNurəddin Həbibov Qusar rayonunun Həzrə kəndində anadan olub[2]. İkinci cahan savaşının iştirakçısı olan N.Həbibov rəssamlığa olan sonsuz sevgisinə baxmayaraq müharibədən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetində, 1947–1951-ci illərdə isə Sankt-Peterburq (keçmiş Leninqrad) Dövlət Universitetinin "İncəsənət tarixi" şöbəsində təhsil alıb və bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. O, təhsilin başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayıb. Bir il sonra səmərəli fəaliyyətinə görə onu SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul ediblər. Həmin illərdə təsviri sənətin elmi cəhətdən öyrənilməsinə marağı onu Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına gətirib çıxarır və 1953–1956-cı illərdə burada təhsil alır. O, 1958-ci ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. Elmi işlərini uğurla pedaqoji fəaliyyətlə əlaqələndirən Nurəddin müəllim 1984-cü ildə professor adına layiq görülüb. Milli Elmlər Akademiyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Nurəddin Həbibov burada şöbə müdiri vəzifəsinə qədər şərəfli yol keçib.
Professor 1973–1988-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında, 1995-ci ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışaraq gənc kadrların hazırlanmasına xeyli əmək sərf edib. Elmi fəaliyyəti dövründə Nurəddin müəllim beş sənətşünaslıq namizədi, səkkiz aspirant və dissertantın elmi rəhbəri olub. Bundan əlavə o, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti, Azərbaycan Sovet Ensiklopediyasının incəsənət redaksiyasının elmi məsləhətçisi, Azərbaycan Rəssamlar İttifaqı rəyasət Heyətinin üzvü və "Tənqid və sənətşünaslıq" bölməsinin sədri, Memarlıq və İncəsənət İnstitutunun, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi Şurasının üzvü kimi şərəfli vəzifələrin də layiqli daşıyıcısı olub.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Сотрудники Российской национальной библиотеки (rus.).
- ↑ "Təsviri sənətimizin görkəmli tədqiqatçısı". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.